Şimal donanmasının aviasiya korpusunun komandiri, general-leytenant Aleksandr Otroşenko martın 31-də Krımda qəzaya uğrayan An-26 hərbi nəqliyyat təyyarəsinin sərnişinləri arasında imiş. Onunla birlikdə Şimal donanmasının daha 6 zabiti ölüb.
1962-ci il təvəllüdlü Otroşenko Ukrayna müharibəsində Rusiyanın itirdiyi 14-cü generaldır.
Bu arada, Ukrayna ordusu Krımda Rusiyanın An-72 patrul-nəqliyyat təyyarəsini məhv edib. Video aşağıda.
