DünyaSiyasət

Paşinyanın Kremldə verdiyi mesaj

Paşinyanın Kremldəki davranışı mahiyyətcə 1996-cı ildə çeçen lider Yandarbiyevin prezident Yeltsinlə görüşdəki rəftarını xatırlatdı.

Futbol dili ilə desək, Putin Paşinyanın qapısına qol vurmağa çalışarkən sonda avtoqola imza atmış oldu. Paşinyan isə bu həmlə qarşısında psixi müvazinətini qoruyaraq, cəsarətli cavabları ilə artıq patron-kliyent münasibətlərinin keçmişdə qaldığını açıq şəkildə nümayiş etdirdi.

Bu dialoqu Ermənistan hökumət başçısının Rusiya ilə münasibətləri bərabərhüquqlu müstəviyə çıxarmaq istiqamətində apardığı çətin və ehtiyatlı siyasətin bir növ kulminasiya nöqtəsi kimi qiymətləndirmək olar.
Görünən odur ki, növbəti mərhələdə (əgər Paşinyan seçkilərdə qalib gələrsə) Rusiyanın Ermənistana qarşı təzyiq siyasətini gücləndirməsi ehtimalı artır. Səfərdən saatlar sonra Rusiya baş nazirinin müavini Overçukun açıqlaması da bu istiqamətdə ilk siqnal kimi dəyərləndirilə bilər.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Çin iqtisadiyyatının motoru” Araz Əliyev

admin

İsrail generalı bu dronla öldürülüb – İddia

redaktor

İlon Mask Durova azadlıq tələb etdi

redaktor