DünyaGündəmQalmaqalSiyasət

“Paşinyanın duruşu da alqışa layiqdir, ancaq…..” Elman Fəttah

Putin- Paşinyan görüşündəki dialoq, şübhəsiz maraqlıdır. Hətta həyacan vericidir. Paşinyanın duruşu da alqışa layiqdir. Ancaq durub dururkən Putinin Rusiya yönümlü siyasətçilərə extra münasibət istəməsinin tərcüməsi ultimatumdur. Bu ultimatum qarşıdakı aylarda Ermənistanda Kremlin hərbi iştirakının anonsu da ola bilər.

Əlbəttə, məntiq deyir ki, hadisələrin belə inkişafı Moskvanın maraqlarına ziyan vura bilər. Putin Paşinyana yenə məğlub olar. ( 2020 və 2021 də olduğu kimi).

Ancaq indi dünyada maraqların realizasiyasının məntiqi müstəvidə icrasına heç kimin hövsələsi çatmır.

Bu gedişat Rusiya-Ermənistan münasibətlərində ikisindən birinin hər şeyi itirəcəyinin xəbərçisidir. Ya Moskva Yerevanı birdəfəlik itirəcək. Ya da Ermənistan Belorusiyaya çevriləcək.

 

Elman Fəttah

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Televiziyaların başında duranların əksəriyyəti “TikTok”dakılardan daha səviyyəsizdir”

redaktor

İrandan Rusiyaya “brokoli və kahı” aparan avtomobildə külli miqdarda narkotik vasitə aşkarlandı

redaktor

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

redaktor