DigərHadisəMaraqlıSiyasət

Paşinyan “balaca boyu” ilə Putin bostanına daş atmaqdan da çəkinmədi

Putin Paşinyana nifrət edir, Zelenskiyə nifrət etdiyi kimi. Paşinyanın da Putinə rəğbəti yoxdur. Parlament seçkiləri ərəfəsində Paşinyanın Moskvaya səfəri ona bənzədi ki, sanki o, Putini oturduğu yerdə də oturtmağa getmişdi.

Onların görüşü bir çox epizodu ilə yadda qalacaq – KTMT, Aİ ilə Avrasiya iqtisadi birliyi arasında seçimi, Rusiya vətəndaşlığı olan ermənilərin seçkilərdə iştirakı və Qarabağ məsələsində spekulyativ narrativlərini şil-küt elədi.

Bu azmış kimi Paşinyan “balaca boyu” ilə ermənilərə xas icəşkənliklə Putin adlı domokl qılıncının bostanına daş atmaqdan da çəkinmədi.

Paşinyanın atdığı daş demokratiya mövzusunda oldu. O, ruscasında kələ-kötür nitqilə dedi ki: “Ermənistan demokratik ölkədir. Bizdə həmişə siyasi proseslər gedir. Bu artıq adi bir şeydir. Bizdə ildə iki dəfə bələdiyyə seçkiləri keçirilir və o seçkilər də erməni xalqının siyasi mənada partiyalara səs verdikləri siyasiləşmiş seçkilərdir. Ermənistan əhalisi belə hesab edir ki, Ermənistanda demokratiya həddən artıq çoxdur. Bu bizim üçün prinsipial məsələdir. Məsələn, bizdə sosial şəbəkələr 100% azaddır, heç bir məhdudiyyət yoxdur”.

Paşinyanın demokratiya ilə qürurlanması Rusiyada internet və söz azadlığına qoyulan total senzuraya və istənilən etirazın anındaca dəf edilməsinə aşkar edilən işarə idi.

Paşinyanı dinləmək məcburiyyətində qalmış Putinin üzünün çox şey deyən ifadəsini sadəcə görmək lazım idi.

 

Arzu Qazıyeva

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İcra başçısı və müavinləri ərazini iş adamına satıblar – İsmayıllıda yaylaq “alveri”

redaktor

Donald Tramp (11 noyabr)

redaktor

“Putin NATO-nu çıxılmaz vəziyyətə salıb” – KİV

redaktor