16 C
Bakı
02 Aprel 2026 11:00
DünyaGündəmSiyasət

Məmurlar dəyişir, həbs edilir amma problemlər düzəlmir

Hamıya icazə verilib ki, Prezidentdən başqa bütün məmurları kəskin tənqid etsin, problemləri qabarıq göstərsin.
Bu, dünyada sınaqdan çıxmış bir idarəetmə metodudur və müəyyən müddət effekt verir.

Xüsusiylə, narazılıqlar artanda, istiqamətləndirilməklə tənqidə icazə verilir.
Hər yerdə günahkar kimi məmurlar göstərilir, lider “həll edən” kimi təqdim olunur, sistem toxunulmaz qalır.
Narazılıq sistemdən çıxarılıb aşağı səviyyəli məmurlara yönəldildikcə, vətəndaşın qəzəbi “zirvəyə” yox, “orta və aşağı pillələrə” axır.

Məmurlar dəyişir, həbs edilir amma problemlər düzəlmir.
Bu qəzəb enerjidir və artan iqtisadi problemlərlə birlikdə çoxalmaqdadır.
Bu enerji nəticə görmədiyi hədəfə yönəlməyin faydasız olduğunu gördükcə, dərk etməyə başlayacaq ki, problem məmurlarda deyil, sistemin özündədir.
Bu, çox kritik mərhələdir və hesab edirəm ki, cəmiyyətimiz bu mərhələyə yaxınlaşır.

Bu mərhələdən həmən sonra mərkəzi hakimiyyətin legitimlik böhranı yaşaması mərhələsi gəlir.
Bura artıq iki yol ayrıcıdır. Ya gerçək islahat, ya da diktatura.
Çünki nə islahatı manipulyasiya etməyə yer qalıb, nə də tənqid etməyə məmur qalıb.
Azərbaycan üçün kritik mərhələni uzatmağa üçüncü yol da var: İranla aparılan müharibəyə qoşulmaq və ölkəyə məcburi böyük hədəflər yükləmək.

 

Sahib Kərimli

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Maskı həbs etdirə bilər?

admin

“Taliban” özəl qız məktəbinin fəaliyyət göstərməsinə icazə verdi

redaktor

“Humanitar fasilədən sonra Qəzzaya hücumlar davam edəcək” – İsrail

redaktor