16 C
Bakı
02 Aprel 2026 11:33
CəmiyyətDünya

Konspirasiya dalğası: ABŞ cəmiyyətində yayğın inanclar

Dünən NASA 4 nəfəri Aya, daha doğrusu, Ayın ətrafına göndərib. Bu haqda paylaşılan postların şərhlərində yenə prosesin yalan olması haqda fikirlər var idi.

Maraqlısı budur ki, Amerikada əhalinin təxminən 20 faizi Aya heç vaxt gedilmədiyinə inanır. Bir neçə ay əvvəl davamlı müsəlman şərqini aşağılayan bir nəfər var idi, yazmıışdı ki, konspirasiya teoriyalarının ortaya çıxdığı və ən çox yayıldığı yer müsəlman şərqi, xüsusən də Türkiyədir. Təbii ki, bu yalandır. Belə bir şey demək, onu deyən şəxsin ingilisdilli kontentlərdən xəbərsiz olmasını göstərir. Amerika cəmiyyəti konspirasiya teoriyalarının ən çox yayğın olduğu, mütləq əksəriyyətinin də ortaya çıxdığı yerdir. Bunu görmək üçün Amerika pop mədəniyyətinə biraz aşina olmaq, sosial şəbəkələrin ABŞ seqmentində gedən müzakirələrə baxmaq kifayətdir.

Ancaq bunlar haqda maraqlı statistik elmi araşdırmalar da var. Misalçün, araşdırmalara görə, təxminən, 30 faiz amerikalı COVİD 19-un məqsədli şəkildə yaradılıb yayıldığına, təxminən 20 faiz əhali isə vaksinlərin zərərli olduğuna və insanları öldürmək üçün dizayn edildiyinə inanır. Yadplanetlilərin olması haqda dəlilləri hökumətin gizlətdiyinə inanan əhali isə daha çoxdur – təxminən 40 faiz. Aya gedilmədiyinə inananlar da kifayət qədər çoxdur – təqribən 20 faiz əhali.

Qlobal masonik təşkilatların varlığı haqda iddialar da Amerikada populyarlaşdırılıb. Təqribən 30 faiz amerikalı hər hansısa şəkildə masonik quruluşların dünyanı idarə etdiyinə inanır. Açığı, Epstein məsələsindən sonra bu kimi iddialara konspirasiya demək də çətindir artıq. Gün üzünə çıxan Epstein məsələsində olduğu kimi dövlətlərin iqtisadi, siyasi, elmi, sosial siyasətlərinə öz məqsədlərinə uyğun şəkildə yön verəcək güclü təşkilatı quruluşların olması konspirasiya yox, faktdır artıq.

Hər bir halda, konspirasiya nəzəriyyələrinə inanmaq məsələsində öz coğrafiyamızı aşağılamağa ehtiyac yoxdur. Çox güclü elmi və texnoloji irəliləməyə baxmayaraq ABŞ cəmiyyəti bu mənada ən pis gündə olan cəmiyyətdir.

 

Elnar Bulud

Tacxeber.com

Oxşar xəbərlər

Tıxacın qarşısını almaq üçün tək çıxış yolu var

admin

Vahid Ələkbərovun oğlu istefaya məcbur edildi

redaktor

İndi də Altay Göyüşova pasport verilmir.

admin