13 C
Bakı
02 Aprel 2026 02:19
DünyaSiyasət

İran–ABŞ münasibətlərində yeni mesaj: əməkdaşlıq siqnalı, yoxsa riskli çıxış?

Donald Trump sosial şəbəkə hesabında bildirib ki, İran prezidenti Məsud Pezeşkian ABŞ xalqına müraciət edib.

Tramp isə cavabında Pezeşkianı İran daxilində daha az radikal və ən ağıllı fiqurlardan biri kimi xarakterizə edib.
Pezeşkianın uzun müraciətinin qısa məzmunu:

ABŞ xalqına ünvanlanan mesajlar:

İran insanlıq tarixinin ən qədim sivilizasiyalarından biri olduğunu vurğulayaraq, müasir dövrdə heç vaxt müharibə başlatmadığını, başqa ölkələri işğal etmədiyini və koloniya siyasəti yürütmədiyini bildirib.

İran xalqının heç bir millətə, o cümlədən Amerika xalqına qarşı düşmənçilik hissi daşımadığını qeyd edib. Xalqlarla hökumətlərin fərqli anlayışlar olduğunu xüsusi vurğulayıb.

ABŞ-ın İran ətrafında geniş hərbi mövcudluq yaratdığını diqqətə çatdırıb.

İranın addımlarını qanuni özünümüdafiə çərçivəsində “ölçülü cavab” kimi təqdim edib və bunun müharibə başlatmaq niyyəti daşımadığını bildirib.

Dünyanın hazırda kritik yol ayrıcında olduğunu, qarşıdurmanın getdikcə daha baha və nəticəsiz olduğunu vurğulayıb.

Qarşıdurma ilə əməkdaşlıq arasında seçimin gələcək nəsillərin taleyini müəyyən edəcəyini qeyd edib.
Açıq qalan əsas sual isə budur:
Bu müraciət İran daxilində, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu və dini rəhbərliklə razılaşdırılıb, yoxsa Pezeşkianın şəxsi və hökumət təşəbbüsüdür?
Əgər bu addım onun şəxsi təşəbbüsüdürsə, bu, kifayət qədər cəsarətli və eyni zamanda riskli siyasi manevr kimi qiymətləndirilə bilər.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Fəridin anası: “İranla danışıqlar nəticə verməsə…”

admin

Cavanşir Paşazadə: “Dünya Ramazan bayramını qeyd edəndə İran ya bir gün əvvəl, ya da sonra qeyd edir”

redaktor

“Heç kim Ermənistanla münasibətlərimizi poza bilməz” – İran

redaktor