CəmiyyətTarix

Haqqı hər zaman əlindən alınan Ağdam və ağdamlılar

Ağdam təkcə ticarəti yaxşı bilən rayon deyil, sayı yüzlərlə olan alim, qəhrəman döyüşçü, tarixi şəxsiyyətlər, ziyalılar, mədəniyyət xadimləri və sairələri ilə tarix yazmış bir qədim rayondur. Ağdam rayonu Azərbaycanın mədəniyyət və elm tarixinə böyük töhfələr vermiş bir çox görkəmli şəxsiyyətin vətənidir.

Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min il bundan əvvəl, yəni, Eneolit dövründə yaşayıblar.

Ağdamın coğrafi mövqesi və barəsində Bizans müəllifi Georgi Singel, Strabon, Heredot və digərləri qeydlər ediblər. İlk dəfə Ağdam bir ərazi kimi öz adını ərəb tarixçilərinin 1357-ci ildə yazdıqları “Səyahtnəmə” kitabında çəkilib və ərəb səyyahları bu ərazidən keçən zaman 1147-ci ilə aid qəbrstanlıqda araşdırma aparandan sonra Ağdamın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğun yazırlar.

Cənubi Qafqaz xalqları içində ilk əlifbanı məhz Ağdam ərazisində yaşayan yerli Beniamin yaratmışdır ki, bunu təsdiq edən ciddi mənbələr var.

1917-ci il iyul ayından başlayaraq Azərbaycan Milli ordusunu yaratmaq təşəbbüsündə ilk olan şəxslərdən biri də ağdamlı Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev olub, dünyada ilk tektonik silahın yaradıcısı sovet zamanı həmyerlimiz, zəlzələşünas alim İkram Kərimov olub. Xudu Məmmədov dünyanın ən nəhəng alimidir, Həmzə Sadıqov yüzlərlə insanı xilas edən və Almaniya ordusunun yükək rütbəli generallarını əsir götürən şəxsdir. Yüzlərlə belə ad çəkmək olar, lakin onların haqqları daima əllərindən alınıb, adları sanki kimlərəsə ağırlıq edib, bunu gizlədiblər. Layiq olduqları adları verməyiblər.

Allahverdi Bağırov, Fred Asif, Canpolad, Yelmar Edilov ,Əlabbas İsgəndərov və adını yaza biləcəyim birinci Qarabağ müharibəsinin qəhrəmanları olan Ağdamın bu günün özündə adı gələndə insanın ilk yadına ən çox şəhidi olan rayon düşür. Lakin bu günün özündə də adları siyahıya alınmayan, şəhid status verilməyən, döyüşlərdə olan lakin veteran statusu almayan yüzlərlə ağdamlının haqqını əlindən alanlara söz deyən yoxdur. Neçə neçə könüllü olan ağdamlların adları onlara verilmədi, statusları verilmədi, haqqları əlindən alındı, yeyildi

Ermənistanın o zamankı prezidenti Ter-Petrosyanın 1992-ci ildə Moskva televiziyasına verdiyi müsahibədə deyirdi:

– Ağdam məni çox narahat edir.

Qarabağa köçürülmüş ermənilərin ən çox qorxduqları, ehtiyat elədikləri Ağdam. Davakar, dəliqanlı cavanları ilə seçilən Ağdam – Qarabağın danışan dili, oxuyan ürəyi, vuran əli. Bu rayona, mənim doğmama haqsızlıq tarixən də, bu gün də davam edir.

Bu gün aprel hadisəsinin anım günüdür. Bu döyüşlər barədə yüzlərlə məqalələr yazılıb, kitablar yazılıb, filmlər çəkilib. Lakin çoxunda haqqı pozulan Murov Qartalı-Raquf Orucovun Milli Qəhrəman adına niyə layiq görülmədiyi deyilmir.

Qəhrəmancasına, öz canını əsgərlərinə və vətəninə qurban verən Raquf Orucov Milli Qəhrəman adını ala bilmədi. Hər kəs aldı,uçan, guya kəsən, amma o ala bilmədi. Çünki hakimiyyətdə Ağdamlılara qarşı düşmənçilik edən məmurlar var.

Raquf Orucov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla müharibədə şəhid verdiyi yeganə briqada komandiridir.
– Raquf Orucov briqada komandiri ola-ola bütün nizamnaməyə arxa çevirib ermənilərin içərisinə tək, bəli tək kəşfiyyata gedib qayıdan biridir.
– Raquf Orucov əsgərlərindən, döyüş yoldaşlarından ona yazılmış yüzlərlə məktubu qəbrinin üzərinə qoyulduğu yeganə komandirdir.

“Murov qartalı” polkovnik-leytenant Raquf Orucov çox təəssüf ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmədi. Çox heyf, dövlətin başında oturanlar onun kimi QƏHRƏMANA bu adı qıymadılar. Bir QƏHRƏMANIN haqqını ona vermədilər.

1995-ci ildə Murovda ermənilərə əsir düşmüş 7-Əsgərimizi düşmənin əlindən alıb geri qaytaran,3-ermənini diri-diri tutub gətirən,1998-ci ildə erməni hərbi hissəsinə girərək ermənilərin andiçmə mərasimini lentə alan,dəfələrlə ermənilərin arxasına keçib Ordumuzu zəruri məlumatlarla təmin edən,saysız hesabsız erməni öldürən, lakin hələ də Milli Qəhrəman adı almayan Əfsanəvi qəhrəman, polkovnik, Murov Qartalı, Şəhid kəşfiyyatçımız

RAQUF ORUCOV-a Milli Qəhrəman adı verilməməsi Azərbaycana, Ağdama haqsızlıq deyil nədir bəs ?

Nəcməddin Sadıqovun qoyduğu qadağanın aradan qaldırmaq vaxtı deyilmi Zakir Həsənov?

 

Prof.Dr.Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Əli Həsənov üçün özəl gün – Dostları onu “yaddan çıxardı”

redaktor

“Azərbaycanın xarici dövlət borcu yoxdur”- ifadəsi ancaq əbləhləri əsarətdə saxlamaq üçün propaqanda vasitəsidir.

admin

Köhnə telefon və noutbukları atmayın: Onların tərkibindəki qızılı çıxarmağın yolu tapıldı

redaktor