Dünyaİdman

Türkiyə 24 il sonra dünya çempionatında, İtaliya kənarda qaldı

Dünən DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-off finalları keçirilib.

Nəticədə mundiala vəsiqə qazanan daha 4 milli komanda müəyyənləşib.

Yarımfinalda Rumıniyanı üstələyən (1:0) Türkiyə millisi səfərdə Kosovo ilə qarşılaşıb. Vinçenzo Montellanın komandası 1:0 hesabı ilə qalib gələrək DÇ-2026-nın final mərhələsinə yüksəlib. Beləliklə, Türkiyə yığması 24 il sonra ilk dəfə mundialda oynayacaq.

Bu gecə həmçinin İsveç Polşanı üstələyib. Çexiya Danimarkanı, Bosniya və Herseqovina isə İtaliyanı penaltilər seriyasında məğlub edib.

Ümumilikdə Türkiyə, İsveç, Çexiya və Bosniya və Herseqovina DÇ-2026-nın final mərhələsinə adlayıblar.

31 mart

DÇ-2026, pley-off mərhələsinin final oyunları

22:45. Kosovo – Türkiyə – 0:1

Qol: Aktürkoğlu, 53

Priştina, Kosovo

22:45. İsveç – Polşa – 3:2

Qollar: Elanqa, 20, Lajerbelke, 44, Qyökereş, 88 – Zalevski, 33, Sviderski, 55

Solna, İsveç

22:45. Bosniya və Herseqovina – İtaliya – 1:1, Penaltilər seriyası – 4:1

Qollar: Tabakoviç, 79 – Kin, 15

Qırmızı vərəqə: Bastoni, 41 (İtaliya)

Zenitsa, Bosniya və Hersoqovina

22:45. Çexiya – Danimarka – 1:1, Penaltilər seriyası – 3:1

Qollar: Sulç, 3 – Andersen, 72

Praqa, Çexiya.  (Qol.az)

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Komediya, keçmiş və həbs: Türkiyədə əslində nə baş verir?

redaktor

Müctəba Xamenei qorxusundan atası ilə bağlı vida mərasimində iştirak etmədi

redaktor

Benzin böhranı Putinin reytinqinə zərbə vurub

redaktor