DünyaMuharibəSiyasət

Saxta qələbə raportu, ümid yenə Trampadır

Rusiya Ukraynanın Luqansk vilayətini tam ələ keçirdiyi haqda növbəti dəfə məlumat yayıb.

Görünür, son həftlərdə Ukrayna ordusunun cəbhədə uğurları və enerji obyektlərinə ardıcıl zərbələri Moskvada qələbə raportlarının səsləndirilməsini zəruri edib. Çünki Z bloqerlər, rupor-ekspertlər artıq Rusiyanın məğlub olduğunu və müharibədən çəkilməli olduğunu ucadan deməyə başlayıblar.
5-ci ildir müharibə gedir, 1 milyondan artıq itki var, amma elan olunmuş məqsədlərə çatılmayıb, artıq bəllidir ki, Ukrayna dövləti sarsılmazdır, çox keçmədən suverenliyini bərpa edəcək gücə malik olacaq.
Luqansk vilayətinin tam işğal edilməsi barədə bəyanat artıq 4-cü dəfədir səsləndirilir. İlk dəfə bu barədə Sergey Şoyqu 2022-ci ilin iyulunda Vladimir Putinə məlumat vermişdi. 2025-ci ilin iyununda Leonid Paseçnik də 100%-lük nəzarəti iddia etmişdi. Ancaq avqust ayında Baş qərargah rəsisi Valeriy Gerasimov 99,7%-lik nəzarətdən danışıb, eyni fikri daha sonra Vladimir Putin də təkrarlamışdı.

Reallıq isə belədir:

Luqansk vilayətinin 35 faizi 2014-cü ildə işğal edilib. Qalan ərazilər isə 2022-ci ildə tammiqyaslı müharibə zamanı – 2022-ci ilin iun-iyul aylarında ələ keçirilib. Həmin tarixdən vilayətinin çox kiçik bir parçası Ukrayna ordsunun nəzarətində olub və 4 ilə yaxın müddətdə Rusiya həmin istiqamətdə heç bir uğurulu əməliyyat keçirə bilməyib.
Rusiya ordusu Ukraynada batıb qalıb, hərbi ekspertlər bildirirlər ki, cəbhəyə göndərilən canlı qüvvənin yalnız 2-3 faizi ön xəttə çata bilir, əksəriyyət Ukrayna dronları tərəfindən məhv edilir. İllərdir ət hücumları ilə müharibənin davam etdirilməsi görüntüsü yaradılır və arada bir qələbə raportları Rusiya ictimaiyyətinə ötürülür. Guya proses planlaşdırıldığı kimi gedir…

O biri tərəfdən Prezident Putin Trampa təzyiq edir ki, nə oldu, Ukraynanın Donbassdan çıxmasını niyə təşkil etmirsən? İqtisadi durum bərbaddır, cəmiyyət yorulub, müharibəni heç olmasa bu nəticə ilə bitirmək lazımdır. Tramp da əlindən gələni edir, amma Ukrayna rəhbərliyini təslimçi razılaşmaya məcbur etmək asan deyil.

Maraqlıdır, Peskov deyir, Ukrayna rəhbərliy Donbasla bağlı qərar qəbul etməlidir, yəni bölgədən ordunu çıxarmalıdır. Sual budur: ala bilirsiz alın də, niyə Trampa minnətçi düşübsüz, onun zəif damarlarını sıxıb çarə axtarırsız?
Qarşıda Rusiyanı çox maraqlı günlər gözləyir…

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan səhər tezdən işə bu paylaşımla başladı: II Qaregini biabır etdi

redaktor

Onlar Rusiyaya qarşı hakerlər açacaqlar: Böyük Britaniya kibermüharibə komandanlığı yaradır

redaktor

Blinken müharibəni dayandırmaq üçün İsrailə gedir

redaktor