Şəmkir Rayon İcra Hakimiyyətində də 53 işçinin vəzifədən azad olunduğu bildirilir.
İcra başçısı Rəşad Tağıyevin sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar. Vəzifələri ləğv edilən 7 nəfər icra hakimiyyətinə tabe qurumlarda yeni işlə təmin olunsa da, 46 nəfərin ehtiyat kadr siyahısında qaldığı bildirilir.
Məlumata görə, vəzifələrini itirənlərdən 48 nəfər kənd inzibati ərazi dairələrində çalışanlardır.
Daha əvvəl də Ağsuda 14, Tovuzda 43, Cəlilabadda 38, Qubada 36, Göyçayda 27, Lənkəranda 44, Bərdədə 43, Ağdamda 54 nəfərin yerli icra hakimiyyətlərindəki vəzifələrindən azad edildiyi xəbəri yayılıb.
Bu xəbərlərdə bir qayda olaraq səbəb açıqlanmır, ixtisarlar “struktur dəyişikliyi” ilə izah olunur. (Oxu.az)
