14 C
Bakı
01 Aprel 2026 11:28
DünyaSiyasət

İspaniyanın baş naziri Sançes demişkən “Eşşək palçığa bir dəfə batar.”

Donald Tramp: “Hörmüz boğazı səbəbindən reaktiv yanacaq ala bilməyən bütün ölkələrə, məsələn, İranın “başının kəsilməsində” iştirak etməkdən imtina edən Böyük Britaniyaya məsləhətim var: birincisi, ABŞ-dan alın – ondan bizdə kifayət qədər var. İkincisi, təxirə saldığınız cəsarətinizi toplayın, boğaza gedin və sadəcə GÖTÜRÜN. Özünüzə görə özünüz mübarizə aparmağı öyrənməli olacaqsınız, ABŞ daha sizə kömək etməyəcək, necə ki siz bizə kömək etmədiniz. İran əslində məhv edilib. İşin çətin hissəsi görülüb. Gedin öz neftinizi götürün! Prezident DJT”

Deyir ki, bizdən alın – bizdə kifayət qədər yanacaq var.

Hazırda ABŞ-da orta yanacaq qiymətləri 1 qallon üçün $4-ı keçib. Xaricdən neft tədarükündən asılı olan Kaliforniya kimi Qərb sahili ştatlarında qiymətlər artıq $6-7-dır.

Dizel və reaktiv yanacaq üzrə vəziyyət daha da pisdir. Dizelin qiyməti rekord həddə yaxınlaşaraq 1 qallon üçün $5,5-a çatıb. Kəskin dizel çatışmazlığı logistika xərclərinin və inflyasiyanın artmasına səbəb olur. Kütləvi iflasla üzləşən fermerlər də əziyyət çəkirlər.

ABŞ-da reaktiv yanacağın qiyməti bir ay ərzində 1 qallon üçün $2,5-dan $4,2-a qədər yüksəlib. Aviaşirkətlər uçuşlarının 15%-ə qədərini ləğv etmək məcburiyyətində qalırlar. JetBlue kimi bəzi ucuz daşıyıcılar isə iflas riski altındadır. Hava səyahətləri ölkəsi olan Amerika üçün bu güclü bir şok terapiyasıdır.

Bu kontekstdə Trampın Avropa və Asiyadakı müttəfiqlərini Amerika neft məhsullarını almağa çağırışları gülünc səslənir. ABŞ həm xam neftin, həm də neft məhsullarının xalis idxalçısıdır. ABŞ gündə 4 milyon barel neft ixrac, 8-9 milyon barel idxal edir.

Amerika heç öz ehtiyaclarını tam ödəyə bilmir. Təəccüblü deyil ki, avropalılar – Makron, Sançes, hətta bir vaxtlar Trampın müttəfiqi olan Meloni Ağ Evə açıq şəkildə meydan oxumağa başlayıblar. Enerji böhranı onlara ağır zərbə vurur. Həm də Avropada artıq ABŞ-ın müharibədə qalib gələcəyinə inanmırlar.

Tramp isə onları özünün yaratdığı bataqlığa itələyir. Amma bu dəfə alınmır…
İspaniyanın baş naziri Sançes demişkən “Eşşək palçığa bir dəfə batar.”

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

İcra məmurları bu hallarda məsuliyyət daşıyacaqlar

redaktor

Fransa şirkəti Putin və Şoyqunun təyyarələrinə xidmət edir – 5 milyon qazanıb

admin

Ərdoğan Netanyahunun sammitə qatılacağı xəbəri ilə təyyarəsini geri çevirmək istəyib

redaktor