18 C
Bakı
01 Aprel 2026 18:11
DünyaSiyasət

Geopolitikada ən ucuz silah şayiədir

İranı təbliğ edənlər iddia edir ki, guya Fars körfəzində 1600 tanker dayanıb və Tehran Hörmüz boğazını bağlayaraq dünyanı diz çökdürüb. Bu, fakt yox, açıq təbliğatdır.

Reallıq sadədir: normalda Hörmüzdən təxminən 40–70 tanker keçir. Gərginlik fonunda bu rəqəm azalıb, bəzi hallarda 10–15 gəmiyə düşüb. Amma bu, blokada deyil — riskli və nəzarətli keçiddir.

1600 tanker rəqəmi isə elementar hesablamaya belə tab gətirmir. Bu, həftələrlə bütün trafikin dayanması deməkdir. Əgər bu baş versəydi, neft qiymətləri partlayar, qlobal bazarlar çökərdi. Belə bir şey yoxdur.

Həqiqət budur: İran boğazı bağlamayıb, sadəcə gərginlik üzərindən siyasi təsir yaratmağa çalışır.
Bu isə “güc nümayişi” yox, informasiya manipulyasiyasıdır.

Geopolitikada ən ucuz silah şayiədir. Ən təhlükəlisi isə ona inananlardır.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

İsrail Ukraynanı silahla təmin edərsə…

redaktor

Xırda imtiyazlar sindromu haqqında maraqlı bir yazı.

redaktor

Bu dünyada bir Bayden var idi…

admin