Rusiya ötən saatlarda Ukrayna cəbhəsində 2 hərbi təyyarə itirib.
Əvvəlcə Su-34 döyüş təyyarəsi vurulub, 1 pilot ölüb.
Daha sonra isə Rusiya Müdafiə Nazirliyi Krım üzərində An-26 hərbi nəqliyyat təyyarəsi ilə əlaqənin itirildiyi haqda məlumat yayıb. Rusiya tərəfi qəza versiyasını irəli sürür.
Rus hərbi blogerləri yazır ki, təyyarədə təxminən 30 nəfər şəxsi heyət olub. Onların hamısının öldüyü güman edilir.
