Digərİdman

Türkiyə millisinin həlledici oyununda 5 futbolçu iştirak etməyəcək

Türkiyə milli komandası dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off mərhələsinin final görüşündə Kosovo ilə üz-üzə gələcək.

5 futbolçu Priştinada keçiriləcək tarixi oyunda iştirak etməyəcək.

Müdafiəçi Merih Demiral zədəlidir. Qapıçı Muhammed Şengezer, müdafiəçilər Ahmedcan Kaplan və Mustafa Eskihellaç, vinger Oğuz Aydının adını isə baş məşqçi Vinçentso Montella matçın iştirak ərizəsinə daxil etməyib.

Kosovo – Türkiyə qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 22:45-də “Fadil Vokrri” Stadionunda keçiriləcək.

Qeyd edək ki, Türkiyə yığması sonuncu dəfə 2022-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən mundialda iştirak edib. DÇ-2026-nın final mərhələsi isə ABŞ, Kanada və Meksikada təşkil olunacaq. (Sportal.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Çempionlar Liqasında 7-ci turuna start verilir

admin

“Qarabağ” 12-ci çempionluğunu qeyd edir.

admin

Samir Abasov Ramil Şeydayevlə bağlı gözlənilməz qərar verdi

admin