İsrail müxalifətinin lideri Yair Lapid ölkə ordusunda ciddi təhlükəsizlik riski ilə bağlı açıqlama verib:
“Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir təhlükəsizlik kabinetində vəziyyətin kritik olduğunu vurğuladı. O deyir ki, mən 10 qırmızı bayraq qaldırıram, İsrail ordusu çökmək üzrədir”.
Müxalifət lideri Yair Lapid hökuməti ortodoks yəhudilərə (Haredilər) güzəştlər etməkdə və onları hərbi xidmətə cəlb etməməkdə ittiham edib. (Hamam Times)
