“Mərhum Xalq artisti Rasim Balayevi hökumətə münasibətinə görə tənqid edənlər qələt edirlər”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Əli Nur deyib.
“Onlar bilməlidirlər ki, biz harada yaşayırıq. Biz cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan dövlətində yaşayırıq. Cənab İlham Əliyev ali dövləti dünya səviyyəsinə qaldırıbsa, bu cür danışmaq mədəniyyətsizlikdir, avamlıqdır, kor kütlədir. Rasim Balayev tariximizi canlandıran dünya şöhrətli şəxsiyyət idi. O, Nəsimi, Babək, Hüseyn Cavid kimi tarixi qəhrəmanları canladıran əfsanəvi şəxsiyyət idi. Rasim Balayev haqqında belə sözlər demək tərbiyəsizlikdir!” – o bildirib.
