15 C
Bakı
31 Mart 2026 12:38
DünyaSiyasət

Birləşmiş Ərəb Əmirlikləri İrandan 550 milyard dollar təzminatını aldı.

Əmirliklər (BƏƏ) ötən onilliklər boyu İran üçün əvəzolunmaz mühit idi. Dünya Tehrana kəskin sanksiyalar tətbiq edib, təzyiqlər göstərərkən,
İran işini, pul, neft hər şeyi Dubay ilə həll edirdi.

Dubayın azad zonalarında yüzlərlə saxta şirkət İran nefti və neft-kimya məhsullarını da qlobal alıcılara satırdı, Deyranın ticarət rayonlarındakı kölgəli şəbəkələri və valyuta mübadilə büroları isə istənilən bank radarının altında nağd pullar satırdı. SEPAH-ın maliyyə strukturları Dubayda özünü evində hiss edirdi – “Palm Cümeyradakı” penthausları, azad zonalardakı aktivləri, və s…

Bütün bunlar 28 fevralda İran Əmirliklərə zərbə endirəndə sona yetdi. BƏƏ Müdafiə Nazirliyinin məlumatına görə, Tehran o vaxtdan bəri ölkəyə 414 ballistik raket, 15 kruiz raketi və təxminən 1900 dron atıb. Vurulan raketlərinsə dağıntıları Dubay və Əbu-Dabinin yaşayış məntəqələrinə düşərək, Burj Al Arab otelinə və Dubay Marina qüllələrinə zərər, görünməmiş dağıntılar verdi.

Dünyanın ən işlək hava limanı olan Dubay hava limanı, pilotsuz təyyarənin yaxınlıqdakı yanacaq çənini yandırmasından sonra müvəqqəti olaraq bağlandı. On bir nəfər öldü, 178 nəfər yaralandı.

BƏƏ-nin buna cavabı gözlənilməz, praqmatik oldu. Hüquqi prosedur, ya diplomatik notalar olmadan, birdən-birə, BƏƏ ərazisindəki İranın 550 milyard dollar dəyərli aktivlərinə əl qoydu.
BƏƏ Prezidentin müşaviri Ənvər Qartaş rəsmi əsaslandırma təqdim etdi: Təzminatlar alınıb!

Doğrudan da cəhalət dolu, ağılsız molla rejimi. Gör, baş varmı?! 550 milyard dollar (!) dəyərdə mal, mülk, pulun yerləşən ölkəyə heç səbəbsiz 400 ballistik raket, 2000 dron atıb zərərlər vur! Düşünmə ki, səndən zərərin 100 qatını alarlar.

Beləcə, İranın və xalqının inkişafına qoyulmalı sərvətləri bu başıboş mollalar yüz milyardlarla təxribatlara, terrora, inqilab ixracı pisliyinə sərf edir. Qalan, xaricdə saxladığı yüz milyardlarını da beləcə tutub əlindən alırlar. Qalırlar boşda!

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

“Paşinyan 2020-ci ildə müharibəni, 2023-cü ildə sülhü uduzdu”

redaktor

Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?

redaktor

Erməni keşiş xütbəsində hayları Azərbaycanla müharibəyə ÇAĞIRIB – VİDEO

redaktor