Misir millisinin direktoru İbrahim Həsən Məhəmməd Salahın gələcəyi ilə bağlı danışıb.
O, “On Sports”a açıqlamasında Salahın “Liverpul”dan ayrıldıqdan sonra MLS-ə keçməməli olduğunu bildirib.
Həsən qeyd edib ki, futbolçunun Avropada qalması daha məqsədəuyğundur və PSJ, Bavariya, eləcə də bəzi A Seriyası klubları ona maraq göstərir. Onun sözlərinə görə, MLS-də çıxış etmək Salahın diqqət mərkəzindən uzaqlaşmasına səbəb ola bilər.
O əlavə edib ki, Avropadan təklif olmazsa, Kriştiano Ronaldo kimi ulduzların oynadığı Səudiyyə Ərəbistanı da yaxşı seçimdir.
Qeyd edək ki, Salah mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb. (Qol.az)
