Adam Rayner elmə məlum olan yeganə insandır ki, həyatı boyu həm cırtdan, həm nəhəng olub.
1917-ci ildə, 18 yaşında olarkən, Adamın boyu 122,5 sm idi. Lakin 26 yaşında onun boyu qəfil sürətlə artmağa başladı və 1931-ci ildə 218 sm-ə çatdı. Nəhənglik (gigantizm) nəticəsində o, yatağa məhkum oldu və kifoz (qozbellik) xəstəliyindən əziyyət çəkirdi.
Adam Rainerdə hipofiz vəzində şiş aşkar edilmişdi və həkimlər boy artımındakı bu sıçrayışı məhz bununla izah edirdilər — halbuki bu yaşda insanlar adətən artıq boy atmırlar. 1930-cu ildə şiş Oskar Hirsch tərəfindən əməliyyatla götürüldü, lakin Adam yenə də böyüməyə davam etdi, sadəcə daha yavaş templə.
Bundan əlavə, o, akromeqaliya xəstəliyindən də əziyyət çəkirdi. Bu xəstəliyin tipik əlamətləri onda açıq şəkildə müşahidə olunurdu: qeyri-adi uzun qollar və ayaqlar, çıxıntılı alın və çənə, iri dodaqlar və seyrək dişlər.
4 mart 1950-ci ildə vəfat edərkən onun boyu 234 sm-ə çatmışdı. Ölümündən sonra cəsədi kremasiya olunmuş, dəfn yeri isə məlum deyil.
