İranın təhdidlərindən Beyrutdakı Amerika Universiteti distant təhsilə keçib
Livanın paytaxtında fəaliyyət göstərən Amerika Universiteti İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təhdidlərdən sonra iki gün müddətinə distant təhsil rejiminə keçəcəyini açıqlayıb.
Universitetin prezidenti Fadlo Khuri bildirib ki, hazırda təhsil müəssisəsinə, onun kampuslarına və ya tibb mərkəzlərinə qarşı birbaşa təhdidə dair sübut yoxdur. Bununla belə, ehtiyat tədbiri olaraq bazar ertəsi və çərşənbə axşamı günləri həyati vacib funksiyaları yerinə yetirən əməkdaşlar istisna olmaqla, fəaliyyət tam onlayn rejimdə təşkil olunacaq.
Xatırladaq ki, daha əvvəl SEPAH Yaxın Şərqdəki ABŞ universitetlərinə zərbələr endirilə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Qurum bu bəyanatı ABŞ və İsrailin zərbələri nəticəsində İranda iki universitetin dağıdıldığını iddia etməsi ilə əsaslandırıb. (Azviziopn.az)
