22 C
Bakı
29 Sentyabr 2026 20:01
DünyaHadisə

Bu ölkənin tankerlərinə Hörmüzdən keçməyə icazə verildi

Hindistana mayeləşdirilmiş təbii qaz daşıyan daha iki tanker Hörmüz boğazını təhlükəsiz şəkildə keçib.

Bu barədə Hindistanın Neft və Təbii Qaz Nazirliyi məlumat yayıb.
Məlumata görə, “BW TYR” tankerinin martın 31-də Mumbaya, “BR ELM” tankerinin isə aprelin 1-də Nyu-Manqalor limanına çatacağı gözlənilir.Qeyd olunub ki, regionda Hindistan gəmilərinin və dənizçilərinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülür və son 24 saat ərzində onların iştirakı ilə hər hansı insident qeydə alınmayıb.
Hazırda Fars körfəzinin qərb hissəsində Hindistan bayrağı altında 18 gəmi və 485 hindistanlı dənizçi qalır. (Metbuat.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ukrayna cəbhəsi barədə…

redaktor

Qubad İbadoğluna azadlıq, bütün siyasi məhbuslara azadlıq!

redaktor

Tennessi ştatında 200 ildən sonra ilk dəfə qadın edam edilib

redaktor