13 C
Bakı
30 Mart 2026 13:25
DünyaSiyasət

2-ci İran müharibəsindən 1 ay keçdi: hərbi vəziyyət və onun nəticələri

ABŞ-İsrail cütlüyünün məqsədi: İranda rejimi dəyişmək və onun bütün hərbi potensialını məhv etmək.

İranın strategiyası: təslim olmamaq və müharibəni ABŞ-İsrail cütlüyü üçün mümkün qədər baha etmək.

Hazırda hərbi vəziyyət:

Ali rəhbərin və bir çox yüksək çinli hərbi-siyasi rəhbərliyin öldürülməsinə baxmayaraq, İran rəhbərliyi sabit qalır və vəziyyətə nəzarət edir.
ABŞ və İsrailin bütün səylərinə baxmayaraq, İranda daxili iğtişaşlar və ya hökumət əleyhinə üsyanlar yoxdur.

Hökumətyönlü nümayişlər davam edir, əhalinin əksəriyyəti hökuməti dəstəkləyir.

İrana 10.000-dən çox zərbə endirilməsinə baxmayaraq, o hər gün raket və dronlar atmağa davam edir.

Cütlük kürdləri, bəlucları və ərəbləri İrana müdaxilə etməyə (qurban getməyə) məcbur edə bilmədi.

Cütlük İran müharibəsini məzhəb və ya millətçilik müharibəsinə çevirə bilmədi.

ABŞ-ın müdaxiləsinə baxmayaraq, neft qiymətləri yüksək olaraq qalır.

ABŞ nə İsraili və ərəb müttəfiqlərini, nə də öz hərbi obyektlərini İran zərbələrindən qoruya bilmir.

ABŞ Hörmüz boğazına nəzarəti itirib, boğaza nəzarət İrana keçib.

Husilər müharibəyə qoşulub və Bab əl-Məndəb boğazı da ABŞ-ın nəzarətindən çıxmaq üzrədir.

Hizbullah Livan sərhədi boyunca İsrailə gündəlik intensiv hücumlar edir.

ABŞ regiona əlavə qüvvələr yerləşdirməyə məcbur olur, lakin ona qarşı müqavimət daha da güclənir.

Bütün dünya ictimaiyyəti müharibəyə görə ABŞ-İsrail cütlüyünü qınayır – cütlük informasiya müharibəsini uduzub.

II Dünya müharibəsindən sonra ABŞ heç bir müharibədə 1 ay ərzində belə böyük hərbi ziyan görməmişdi.

Müharibə cütlüyün ilkin planı üzrə getmir və onlar vəziyyətdən “üzüsulu” çıxmaq yolları axtarırlar.

1 ay əvvəl ABŞ və İsrail müharibə ilə İranda rejimi dəyişmək üçün əhalini ayağa qaldırmaq istəyirdilər;
1 ay sonra ABŞ və İsraildə əhali ayağa qalxıb və rejimlərini dəyişmək uğrunda mübarizə aparırlar.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə üçün dəhşətli proqnoz: Regional fəlakət olacaq, 25 milyon insan…

redaktor

Tbilisiyə uçan iki sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

redaktor

Şahramanyanın Azərbaycandan Xankəndi xahişi – BƏZİ DETALLAR

redaktor