12 C
Bakı
29 Mart 2026 01:04
DünyaSiyasət

Trampın “İranın xahişi” nağılı: ultimatumun arxasındakı hərbi boşluq

Dünən Tramp dedi ki, İranın xahişi ilə onun enerji infrastrukturuna zərbələrə moratorini 10 gün də artırdı, yəni İrana ultimatumun müddəti 6 aprelədə bitir. Bu cümlədə ən gülməli hissə “İranın xahişi ilə” ifadəsidir. İranda kim xahiş edib, kimdən xahiş edib? Bu da Bayden kimi öz xəyalları ilə danışır, sövdələşir.

Əslində ultimatumun müddətinin artırılmasının yeganə səbəbi Trampın İran ətrafında kifayət qədər qüvvə toplaya bilməməsidir. 6 aprel də şərti bir tarixdir. ABŞ qüvvələri aprelin 2-də də hazır olsa, Tramp öz sözünə əməl etməyəcək, 6 aprelədək toplaya bilməsə, yenə “İranın xahişi ilə” daha 4-5 gün artıracaq. Guya “danışıqların aparılması” da ABŞ-İsrail cütlüyünün ənənəvi başaldatmadır.

“Gerald Ford” aviazərbə qrupunun (AZQ) sıradan çıxması ABŞ-ın hücum planını pozdu. Bu gəmi Qırmızı dənizdən Aralıq dənizinə qayıtdı və Krit adasındakı Suda hərbi-dəniz bazasında texniki baxışa dayandı. Maraqlıdır ki, bu zaman onu hava hücumlarından qoruyan AZQ-yə daxil olan esmines və raket kreyserlərinə Britaniyanın bir esminesi də qoşulmuşdu. Bu esmines Aralıq dənizinə guya Kiprdəki Akrotiri bazasını hava hücumlarından qorumaq üçün gəlmişdi, faktiki olaraq isə Kiprə yox, Kritə yaxınlaşdı və ABŞ gəmisini qorumağa başladı. Hazırda “Gerald Ford” gəmisi Xorvatiyanın Split limanına doğru hərəkət edir. Görünür, onun zədəsi çox ciddidir və təmiri ixtisaslaşdırılmış gəmi təmiri bazasında aparılmalıdır.
Beləliklə, “Gerald Ford” gəmisinin ən azı mayadək – 60 günlük müddət başa çatanadək hərbi əməliyyatlarda iştirak edəcəyi gözlənilmir. Buna görə də Tramp ultimatumun müddətini artırdı. Məqsəd həmin müddətədək döyüş bölgəsinə başqa aviadaşıyıcı gəmini göndərməkdir.

Mətbuata sızan məlumatlara görə, “Gerald Ford”u AZQ-sini “George Bush” AZQ-si əvəz edəcək. O Atlantik okeanından təcili Aralıq dənizinə göndərilib və hazırda Cəbəllüttariq boğazına yaxınlaşdığı bildirilir. Bu müddət ərzində gəminin ekipajı, aviaqrupu və müşayiət gəmiləri döyüş təlimləri keçirlər. Bu AZQ 6 aprelədək yalnız Aralıq dənizində mövqe tuta bilər. Onun Ərəb dənizinə getməsi üçün daha 10-15 gün vaxt tələb olunur. Onda isə aprelin 2-ci yarısı olacaq və Trampın ixtiyarında olan 60 günlük müddət quru əməliyyatını həyata keçirmək üçün çatmaya bilər.

Həm də 2-ci AZQ-nin əməliyyatlara qoşulduğunu görən husilər bəyan ediblər ki, Bab əl-Məndab boğazından “Epşteyn koalisiyası”na aid gəmiləri buraxmayacaqlar. Çox güman ki, ABŞ da bunu nəzərə alaraq, “George Bush” AZQ-sini Hind okeanına göndərmir. “Abraham Lincoln” AZQ-sinə ABŞ-dan köməyə göndərilmiş “Boxer” desant gəmisinin də Bab əl-Məndabdan salamat keçə biləcəyi şübhə altındadır.

Deməli, quru əməliyyatını, təxminən, aprelin 6-da başlamaq planlaşdırılıb. Əməliyyat zamanı “Abraham Lincoln” AZQ-si Ərəb dənizində, George Bush” AZQ-si Qırmızı dənizdə olacaq. Əlbəttə, iki AZQ-nin Ərəb dənizində olması quru əməliyyatını daha effektiv edə bilərdi, lakin bu mümkün olmadığından ikinci AZQ-ni Yaponiyadan Ərəb dənizinə göndərilən “Tripoli” desant gəmisi qismən əvəz edə bilər. Bu gəmini kiçik aviadaşıyıcı hesab etmək olar – o 2200 dəniz piyadası ilə bərabər 20 F-35B (şaquli qalxan) təyyarə də daşıyır. Onu “San Diego” və “New Orleans” desant gəmiləri müşayiət edirlər.
Böyük ehtimalla “George Bush” AZQ-si iki funksiyanı yerinə yetirəcək:
▪️ İsraili İran zərbələrindən qorumaq;
▪️ İraqa və İrana raket zərbələri endirmək.
Suriya sahillərindən düz xətt üzrə hava məsafəsi:
▪️ İraqın şərqinədək – 600 km,
▪️ İranın şərqinədək – 2800 km-dir.
Tomahavk raketinin zərbə məsafəsi:
▪️ adi modifikasiyada – 1600 km,
▪️ xüsusi modifikasiyada – 2500 km-dir.

Quru əməliyyatı zamanı “George Bush” AZQ-si həm İraq, həm də İran ərazisinə raket zərbələri endirə bilər. Gəminin təyyarələri də əməliyyatda iştirak edə bilərlər – Suriya buna mane olmayacaq, İraqda isə, mən biləni, tələb olunan səviyyədə HHM sistemi yoxdur.

Beləliklə, aprelin 4-10 arası quru əməliyyatının başlanacağını gözləyə bilərik.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Misir Rusiyaya yardım edir? – Ağ Evdən reaksiya

redaktor

Xameneinin bacısı qızı 15 il azadlıqdan məhrum edildi

redaktor

“Haber Global”: “20 Yanvar qətliamı Ankarada anılır” – VİDEO

redaktor