12 C
Bakı
29 Mart 2026 18:21
DünyaSiyasət

SEPAH-ın hakimiyyət hərisliyi İranın parçalanmasına aparır…

Bir sıra media orqanların (Iran International tv kanalı, Obzor lt, Cursorinfo.) son məlumatına görə, İran rejimi daxilində Hökumət və SEPAH arası şiddətli gərginlik yaşanır. İran prezidenti

Məsud Pezeşkian ilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Əhməd Vahidi arasında müharibənin aparılması və onun mülki əhaliyə və iqtisadiyyata dağıdıcı təsiri ilə bağlı kəskin fikir ayrılıqları yaranıb.

Prezident M. Pezeşkian SEPAH-ın münaqişəni qızışdırmaq və həm qonşu ölkələrə hücumları davam etdirmək yanaşmasını tənqid edərək, ciddi iqtisadi nəticələr barədə xəbərdarlıq edib. O, atəşkəs olmadan İran iqtisadiyyatının yaxın üç-dörd həftə ərzində çökə biləcəyini qeyd edib.

Məlumata görə, prezident SEPAH-dan nəzarəti mülki hakimiyyət orqanlarına qaytarmağı tələb edib, lakin Əhməd Vahidi tələbi rədd edib. Buna cavab olaraq SEPAH rəhbəri hökuməti kəskin tənqid edərək, hərbi əməliyyatlar başlamazdan əvvəl islahatların olmaması səbəbi ilə yaranan böhrana görə onu günahlandırıb.

Hələ müharibənin ilk həftəsində bu qarşıdurma görünürdü. M. Pezeşkianın münaqişənin qonşu ölkələrə yayılmasından narazılığı məlum idi: o, televiziyada çıxış edib, raket hücumlarına görə qonşu dövlətlərdən üzr istədi SEPAH rəhbərliyi isə qəzəblənib Pezeşkianı tam iqnora çağırdı.

İranda həqiqətən sosial-iqtisadi durum ağırdır. Vətəndaşlar pul əldə etməkdə ciddi çətinliklər çəkirlər: bankomatlar işləmir və onlayn bank xidmətləri fasilələrlə işləyir. Qiymətlər tədricən deyil, saatbasaat artır, bəzi məhsulların qiyməti fevraldan bəri 50% artıb. Ölkə əhalisi təxminən 40% qədəri yoxsulluq həddindən aşağı yaşayır.

Nə demək olar… İranda sosial-iqtisadi böhran gözlənilməz deyiI. Bir tərəfdən müharibə, ölkə infrastrukturunun dağılması, və İranın iqtisadi blokadası, rejimin siyasəti nəticəsi kimi İranın nəinki dünya, həm də tam müsəlman dünyası tərəfdən tək buraxılması böhranı çöküşə çəkir.

Digər tərəfdən, İranın düşdüyü belə, ağır sıxıntı göründüyü kimi, hakimiyyət mərkəzində kəskin qarşıdurmaya və hətta, parçalanmaya yönəldir.

Mərkəzin parçalanması da, ötən: “Parçalanma ehtimalı istisna deyil” başlıqlı yazımda xüsusi qeyd etdiyim kimi, əyalətlər və etnik bölgələrə sirayət edə bilər. İran rejiminin, SEPAH-ın inad ilə hakimiyyəti hökumətə, islahatçı qüvvələrə (Pezeşkiana) ötürməməsi və ABŞ-a qarşı sərt duruşu, ABŞ-ı artıq, İranın parçalanma, taktiki və məcburi addımına, metoduna yönəldə bilir.

Bu halda isə, bölgəyə çevik qoşunu, və ölkələr koalisiyası toplayan ABŞ İrana canlı qoşun ilə müdaxiləsi etdikdə, İranın, etnik bölgə prinsipi üzrə parçalanma reallığı tam arta bilir. Həmin koalisiyada da iştirak edəcək Ərəb ölkələri və Pakistan və s. öz, etnik çoxluqlu bölgələrinin təhlükəsizlik, müstəqilliyini dəstəkləyər, təbii. Bu halda, Türkiyə də yəqin eyni addımını atar.

Əlbəttə, İranın molla rejimindən azad olub da, bütöv qalıb, dünyəvi, sivil və sabit inkişaflı bir demokratik dövlət olması yaxşıdır, bizim ölkə üçün də. Lakin, SEPAH-ın, “mən yoxam İran da yoxdur” inadlı mövqeyi bu indiki gedişatı, açıq deyək, İranın farslar, ərəblər, beluclar və böyük çoxluq olan bizim Güney azərbaycanlılar üzrə etnik milli hissələrə parçalanmasına yönəldir.

 

İlqar Altay.

Tacxeber.com

Oxşar xəbərlər

Sinvarın həyat yoldaşı 32 min dollarlıq çanta ilə görüntüləndi – VİDEO

admin

“Beşiktaş” – “Makkabi” oyunu bu iki ölkədən birində olacaq

admin

ABŞ İranın Çinə neft daşıyan “kölgə donanmasına” sanksiya tətbiq etdi

redaktor