15 C
Bakı
29 Mart 2026 17:19
DünyaMuharibəSiyasət

“Rusiya yavaşlamır və müharibəni davam etdirməyi hədəfləyir” – Zelenski

Rusiya Ukraynaya qarşı müharibənin tempini azaltmır, eyni zamanda, qlobal sabitliyin pozulmasına gətirib çıxaran digər bir münaqişənin uzadılmasına da açıq şəkildə yatırım edir.

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında bildirib.

“Yalnız bu həftə ərzində Rusiya Silahlı Qüvvələri şəhərlərimizə və icmalarımıza qarşı 3000-dən çox zərbə dronu tətbiq edib və onların əhəmiyyətli hissəsi “Şahed”lərdir, həmçinin 1450-dən çox idarəolunan aviabomba və müxtəlif tipli daha 40 raketdən istifadə olunub. Rusiyalılar dövlətimizə və insanlarımıza qarşı müharibənin tempini aşağı salmır, eyni zamanda, qlobal sabitliyin pozulmasına gətirib çıxaran digər bir müharibənin uzadılmasına da açıq şəkildə yatırım edirlər”, – paylaşımda bildirilib.

Zelenskinin sözlərinə görə, Ukrayna ərazisinə zərbələr faktiki olaraq Yaxın Şərq və Fars körfəzi ölkələrinə endirilən eyni zərbə dronları ilə həyata keçirilir.

O, hərbi münaqişələrin dünya bazarlarının sabitliyinin pozulmasına və dəniz yollarının bloklanmasına gətirib çıxardığını qeyd edərək təhlükəsizliyin möhkəmləndirilməsi üçün region ölkələrini silah istehsalı sahəsində əməkdaşlığa çağırıb. (Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkələrdə ginekoloqların işini PİRLƏR görür – “Ağ dəvənin altından keç, uşaq sahibi ol” – ARAŞDIRMA

redaktor

İsraildən Xameneiyə XƏBƏRDARLIQ: “Gözlərini göyə qaldır” – FOTO

redaktor

Zelenski kişiləri Ukraynaya qayıtmağa çağırıb

redaktor