11 C
Bakı
29 Mart 2026 11:09
GündəmHadisəMuharibəQalmaqal

İranın atdığı raketlərdən biri Heydərovlara məxsus 6 rezudensiyanın yaxınlığına düşüb – FOTO

ABŞ-İsrail-İran müharibəsini ilk günü İranın atdığı raketlərdən biri Heydərovlara məxsus 6 rezudensiyanın yerləşdiyi ərazinin yaxınlığına düşüb.

ABŞ və İsrailin bombardmanlarına cavab olaraq İran fevralın 28-də Dubayı raket atəşinə tutub. Raketlərdən biri PALM JUMEYRA süni adasına atılıb.Həmin ərazidə Azərbaycanın Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Nicat və Tale Heydərovlara məxsus, müharibədən əvvəlki dəyəri 30 milyon dollar dəyərində olan 6 rezidensiya yerləşir.

Raket zərbəsindən ərazidə böyük dağıntı baş verib. Zərbənin təsiri o qədər güclü olub ki, ətrafdakı binalara, o cümlədən Heydərovlara məxsus azı 2 rezidensiyaya zərər dəyib, şüşələri sınıb. Raket zərbəsi zamanı süni adada 4 nəfərin yaralandığı yerli hökumətin media ofisi tərəfindən təsdiqlənib.

Adada, raket zərbəsinin endirildiyi ərazidən bir neçə kilometr məsafdə isə Hetdərovlara məxsus Sofitel The Palm Resort & Spa hoteli heç bir zərər görməyib.

İranın Palm Jumeyraya zərbə endirdiyi gün Nicat Heydərov Dubayda olub və dərhal Türkiyə üzərindən Azərbaycana təxliyə olunub.

Cavanşir Həsənli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Rusiyada motosikletçi qayadan yıxılaraq öldü – VİDEO

admin

Azərbaycanda nazirliyin qayığına benzin töküb yandırdılar: Xəsarət alanlar var – TƏFƏRRÜAT

admin

Pandemiya eksperimenti

redaktor