2025/26 mövsümündə Azərbaycanın 4 klubu UEFA reytinqində 5,812 xal toplayıb. Əvvəlcə bu xal bölgüsündəki acınacaqlı fərqə diqqət edək:
4,687 – “Qarabağ”
0,625 – “Sabah”
0,375 – “Araz-Naxçıvan”
0,125 – “Zirə”
Siyahıdan göründüyü kimi, bu mövsümdə də Azərbaycana Avropada ən çox xal qazandıran “Qarabağ” olub. Toplanan ümumi xalların düz 80,65 faizi Qurban Qurbanovun komandasının payına düşür.
Əlbəttə, bu fakt bir klub üçün uğurdur. Amma ümumən futbolumuz üçün nöqsanlı haldır. Bir komanda ilə digərləri arasında böyük uçurumdur. Unutmayaq ki, digər 3 klubumuz başlanğıcda “Qarabağ”la avrokuboklarda yanaşı addımlayıb. Təəssüf ki, cəmi 1-2 addım. Yəni, el sözündə deyildiyi kimi, Biləcəridən o tərəfə gedə bilməyiblər.
Bu qədər bacarıqsızlıq kifayətdir bəlkə?!.

