11 C
Bakı
29 Mart 2026 11:49
CəmiyyətŞikayət

Aprelin 1-dən yeni cərimə

Azərbaycanda 2026-cı il aprelin 1-dən etibarən qanunvericiliyə edilmiş bir sıra dəyişikliklər qüvvəyə minəcək.

Yeni qaydalar əsasən inzibati məsuliyyət və tənzimləmə sahələrini əhatə edir.

Belə ki, dövlət başçısının təsdiqlədiyi dəyişikliklərə əsasən, elektron siqaretlərlə bağlı fəaliyyətlərə görə məsuliyyət sərtləşdirilir. Qanuna görə, elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, satışı və satış məqsədilə saxlanmasına görə cərimələr tətbiq olunacaq.

Dəyişikliyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcəklər. (Mətbuat.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Bilet tapa bilmədiyim üçün Bakıya gəlmədim” – Allahşükür Paşazadə

admin

İndi də camaatımızın başını STEAM-la aldadır.

redaktor

Tək atestatla xaricdə ali məktəbə qəbul – Cəmil Həsənli

admin