11 C
Bakı
29 Mart 2026 11:23
DünyaSiyasət

Ağrının yeri isti-isti bilinməz!

Dünyanın hər yerində keçərli olan qızıl bir qayda var: Özünü başqasının ayağının altına atıb, alçaldan , özünü satan, dik dura bilməyən birinə kimsə hörmət etməz və saymaz!

İndi bildiniz niyə İranın ali dini rəhbəri olan Əli Xamenei əsla Trumpı sayıb, onunla görüşmədi və niyə onu öz səviyyəsinə layiq bilib, onunla bir masada oturmadı?

Çünki, əgər adam bilib, qarşına aldığın insanı tanımasan, görüşdüyün şəxsləri seçməsən sabah həmin adam səni öz səviyyəsinə tay tutub, sənə hörmətsizlik və səviyyəsizlik etməyə cürət edəcək!

Trumpın ibrətamiz şəkildə dünyaya ünvanladığı mesaj aydındır:

Mən kukla Ərəb ölkələrinə sadəcə mənə bac verən, ölkələrini və ləyaqətlərini satan ucuz və əxlaqsız bir qadın kimi baxıram! Özünə hörmət etməyəni, özünü satanı mənim qoyduğum yer oradan artıq ola bilməz!

Trump düz deyir! Trump lap yerində deyir!

Qoy, Körfəz ölkələrinə və Amerikaya arxalanıb, onun ipi ilə quyuya düşmək istəyən digərlərinə bir daha ağır dərs olsun!

Masaya çıxıb, Amerikanın sifarişi ilə rəqqasəlik edən Səddamdan dərs çıxartmadılar, Saakaşvilidən dərs çıxartmadılar, Zelenskidən dərs çıxartmadılar, heç olmasa Səudiyyə Ərəbistanının düşdüyü ironik və hikmətli vəziyyətdən dərs çıxartsınlar!

Bilsinlər ki, siyasətin böyük oyun masasında kim özünü necə aparırsa, kim özünü hara qoyursa, bu, ona olan münasibəti və yeri də avtomatik müəyyən edir.

İran ləyaqətli və başıdik şəkildə müqavimət edib, alçaldıcı rəftara təslim olmadığı və bac verərək, diqtə ilə deyil, öz qaydaları və öz prinsipləri ilə yaşamağı və şərəfli şəkildə mübarizə aparmağı daha üstün tutduğu üçün sadəcə bütün İslam coğrafiyasında deyil, bütün dünyada prestij, rəğbət və nüfuz qazandı.

Yəni, İran Yeni Dünyada öz zəfərini öncə siyasətin ağır masasındakı öz yerini seçərək, qazandı!

Oturduğu stulun nömrəsi də aydındır: 1979

Sizə əlimdəki oyun kartlarımdan maraqlı bir şey də deyim?

Mənim oyun masamdakı kartlarda Səudiyyə Ərəbistanının ələ salınmağı İran Dərin Ağlının Trumpa dayatdığı sarsıdıcı zərbələrin nəticəsidir!

Yəni, Trump lazım gələrsə, Körfəz ölkələrinə İranla razılaşmaq üçün daha sərt təpik atacaq!

Demədi deməyin! Qazanan Avrasiya olacaq!

 

Türkan Cəfərzadə

Tacxeber.com

Oxşar xəbərlər

İsrailli nazirdən etiraf: Haniyəni biz məhv etmişik

redaktor

Paşinyan Pezeşkiana zəng etdi: Bildirdi ki, Azərbaycanla…

redaktor

Kainatdakı ən qorxulu obyekt: Dünyanı saniyələr içində atomlarına ayıra bilər

redaktor