12 C
Bakı
28 Mart 2026 13:37
DinHadisəİdmanQalmaqal

UEFA tanınmış klubu dini mozaikaya görə cərimələdi

UEFA Serbiyanın “Srvena Zvezda” klubunu Avropa Liqası oyununda nümayiş etdirilən bannerə görə cərimələyib.

Belqrad təmsilçisi UEFA Avropa Liqasının 1/8 finalına vəsiqə uğrunda pley-off mərhələsində “Lill”lə keçirilən cavab matçında 0:2 hesabı ilə uduzub və iki oyunun nəticəsinə əsasən (1:2) turnirlə vidalaşıb.

Görüşdən əvvəl azarkeşlər stadionda Müqəddəs Simeon Mirotoçivinin təsviri və “Qoy imanımız sizi qələbəyə aparsın” şüarı olan böyük mozaika hazırlayıblar. UEFA isə bu görüntünü idman tədbiri üçün uyğun hesab etməyib.

Nəticədə klub ümumilikdə 95,5 min avro məbləğində cərimələnib. Bu məbləğin 40 min avrosu birbaşa həmin bannerə görə tətbiq olunub. (Qol.az)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Barselona” İngiltərədən oyunçu aldı

redaktor

Putinin Cənubi Krım sahilində sarayının olduğu üzə çıxıb

admin

BDU-nun keçmiş baş müəllimi həbs olundu

redaktor