ABŞ prezidenti Donald Tramp özünü sülhməramlı hesab etdiyini və tarixə belə bir sülhməramlı kimi düşmək istədiyini bildirib.
“Səkkiz müharibəni həll etmişəm <…>. Məndən yanlış səslənə bilər, amma mirasımın böyük bir sülhməramlı olmağım olmasını istərdim, çünki həqiqətən də belə olduğuma inanıram. İndi belə görünmür, amma inanıram ki, mən beləyəm”, – deyə o, Mayamidə keçirilən investisiya forumunda bildirib.
