12 C
Bakı
28 Mart 2026 15:46
DünyaMuharibəSiyasət

Şoyqu və Putin inanılmaz dərəcə gərgindirlər.

Hörmətli izləyicilər irad tutur ki, son zamanlar daha çox İrandan yazıram, Ukraynadan isə yox. Cavab yazdım ki, İrandakı hadisələrin nəticəsi, Ukraynanın azadlıq mübarizəsinə çox təsirlidir.

Dünən gecə Ukrayna raketləri və dronları yenə Rusiyanın çox müxtəlif bölgələrinə hücum etdi.

Yaroslavlda dronlar Slavneft-Yanos neft emalı zavoduna şiddətli hücum etdi. 10-dan çox partlayışlı zərbələr vurub. Güclü yanğınla.

Smolensk vilayətində Vyazma yaxınlığında və Smolenskdə və eləcə də Leninqrad vilayəti sahələrində obyektlərə güclü zərbələr vurulub.

Samara vilayəti, Çapayevsk və Novokuibışev hücumlar olub və Ukraynanın uzaqmənzilli qanadlı Flamingo raketləri partlayıcı maddələr fabrikini vurub partladıb.

Moskva, Tver, Leninqrad və həm də Rostov vilayətlərində zərbə partlayışları olub. Penza, Orenburq, Samara və Udmurtiya vilayətlərində raket hücumları olub.

Dağıstanın Xasavyurt şəhərində dəmir yol körpüsü və rlektrodtanduya vurulub. 60 minlik şəhər elektriksiz qalıb.

Nə demək olar? Bu bir, yeni normadır. Dörd il əvvəl Moskva bütün Ukraynanı atəşə tutarkən Ukrayna Rusiyaya cavab verə bilmirdi. Sanki, oyun bir qapıya yönəlmişdi. Bu gün, Ukrayna artıq bütün Rusiyanı dərin raket atəşinə tutur.

Bu da Putinin Ukraynanı Demilitarizasiya, yəni hərbsizləşdirmə planının, əslində, hərbiləşmə ilə nəticələnməsi.Ukraina hərbi dövlətə çevrilir.

Bu yrrindədayma uöurduzluqları və Ukraynanın güclənib Rusiyanın atəşlərə silkələnməsi istər istəməz Rusiya hərbi elitasında özünü göstərir.

RF Müdafiə nazirinin keçmiş müavini T. İvanov istintaqda digər yuxarı vəzifəli şəxslərə qarşı ifadə verməyə və onların qanunsuz əldə etdiyi əmlakı üzə çıxarmağa hazır olduğunu bildirib. Kommersant qəzet və saytının xəbərinə görə, Şoyqu və Putin inanılmaz dərəcə gərgindirlər.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Siyavuş Novruzov: “Azərbaycanda heç bir yerdə biznesimi göstərə bilməzlər…”

redaktor

Putin Paşinyanı niyə öz avtomobilinə mindirdi ?

admin

Tramp Aİ-Çin yaxınlaşmasından qorxmadığını deyib

redaktor