12 C
Bakı
28 Mart 2026 22:46
GündəmİqtisadiyyatMədəniyyətQalmaqal

“Çörəhverən” nazirin “çörəhverən” oğulları

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Tale və Nicat Heydərovlar ötən il ekranlara çıxan “Dead of Winter” (Azərbaycanca “Qışın ortasında”) triller filmində icraçı prodüser (Executive Producer) kimi iştirak ediblər.

Lakin bu məlumat Azərbaycan ictimaiyyətinə açıqlanmayıb.

Kino sənayesində onların vəzifəsini belə izah etmək olar: icraçı prodüserlər adətən filmin çəkilməsi üçün lazım olan kapitalı ya özləri birbaşa yatırır, ya da kənar investisiyaların və fondların cəlb olunmasını təmin edirlər.

Nicat Heydərov qardaşı Tale Heydərovla birlikdə büdcəsi açıqlanmayan filmin maliyyələşdirilməsi və istehsalında iştirak ediblər. Amma necə və nə qədər, burası da məlum deyil.

Məlum olan odur ki, filmin çəkilişlərinə Alman Federal Film Fondu (DFFF) 2.6 milyon avro və “Film- und Medienstiftung NRW” fondu 1 milyon avro dəstək verib.

Filmdə baş rolları dünya şöhrətli aktrisalar Emma Thompson (Barb rolu) və Judy Greer canlandırıblar.

Film Minnesota ştatında baş verən güclü qar fırtınası zamanı bir yeniyetmənin qaçırılmasının şahidi olan dul bir balıqçı qadının (Emma Thompson) mübarizəsindən bəhs edir.

Cavanşir Həsənli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Tramp Qrenlandiya ilə bağlı böyük bir razılaşma hazırlayır.

admin

Aydın Əliyevin keçmiş gəlinindən ağır ittihamlar – “Üzümə “kislota” tökəcəyini deyir”

admin

Tovuzda yenə də kütləvi zəhərlənmə.

admin