ABŞ, müttəfiqlərinə bəd xəbəri verdi: Ukraynaya tədarüklər kəsiləcək
ABŞ, müttəfiqlərinə İranla müharibə səbəbindən qarşıdakı aylarda Ukraynaya silah tədarükündə mümkün gecikmələr baş verəcəyi barədə xəbərdarlıq edib.
Gecikmələrin əsasən sursatla, o cümlədən Patriot hava hücumundan müdafiə sistemi üçün lazımi raketlərlə əlaqədar olacağı bildirilir. Avropa rəsmilərinə görə, bu məsələnin Parisdə keçiriləcək G7 xarici işlər nazirlərinin görüşündə müzakirə edilməsi planlaşdırılır.
Müttəfiqlər ABŞ-ın Ukrayna üçün artıq ödənilmiş silahları başqa istiqamətlərə yönləndirə biləcəyindən və əsas tədarük proqramlarını təhlükə altına ala biləcəyindən çəkinirlər. Baxmayaraq ki, bəzi ölkələr tədarüklərin ABŞ-ın bu qərarından hələlik təsirlənməyəcəyinə dair zəmanət alıblar.
Pentaqon onlara həm ABŞ qüvvələrini, həm də müttəfiqlərini lazım olan sursatlarla təmin edəcəyini bildirsə də, ətraflı məlumat verməkdən imtina edib.
Heydər Oğuz
Tacxeber.com
Bizimlə əlaqə: [email protected]
