11 C
Bakı
27 Mart 2026 17:00
DünyaSiyasət

Ukrayna möcüzəsi

Dünyanın ən böyük nüvə gücü və ikinci böyük ordusu olaraq təsnif olunan orduya qrşı dörd ildən artıq bir müddət ərzində döyüşən Ukrayna hərbiçilərinin İranın hava hücumuna məruz qalan ərəb ölkərinin müdafiəsinə qoşulması ilə bağlı məlumatları oxuduqda Harold Duayt Lassvelin “Güclülər, əldə edilə biləcəklərindən daha çox qazananlardır” fikirini xatırladım.

Amerikalı politoloq, müasir politologiyanın banilərindən və Yel Universitetinin fəxri proessoru Harold Duayt Lassvel məşhur “Siyasət: Kim nəyi, nə vaxt və necə əldə edir” əsərində yazır: “Güclülər, əldə edilə biləcəklərindən daha çox qazananlardır.”

Ukraynada və dünyada bir çoxları prezident Volodimir Zelenskinin Ukrayna hərbiçilərini ərəb ölkərinin, xüsusilə də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinin müdafiəsinə göndərməsini anlaya bilmir. Belələri Rusiyanın qəddar müharibəsinin davam etdiyi, hücumların şiddətləndiyi bir zamanda 200 nəfərdən artıq mütəxəsisin ərəb ölkələrinə göndərilməsini anlamırlar. Prezident Zelenskinin Ukrayna hərbiçilərinin İranın hava hücumuna məruz qalan ərəb ölkərinin müdafiəsinə göndərməsini anlamayanlar əldə edə biləcəklərindən az ilə kifayətlənələrdir. Belələri heç vaxt əldə edilə biləcəklərindən daha çox qazana bilməzlər.
Prezident Volodimir Zelenskinin Yaxın Şərqin yenidən dizayn edilməsinə çalışan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinə bu ölkələrin ağır günlərində hərbi yardım etməsi məqamla izah oluna bilər. Birinci məqam ondan ibarətdir ki, bu Ukraynanı sınıq-salxaq postsovet respublikasından regional gücə çevriən prosesin diqtəsidir. Bu proses mümkün olmayanların gerçəkləşməsini, normal şərtlərdə düşünülməsi belə mümkün olmayan fədakarlıqların edilməsini tələb edir.

İkinci məqam isə ondan ibarətdir ki, Prezident Volodimir Zelenski əldə edilə biləcəklərindən daha çox qazanmağa köklənmiş Ukrayna elitasını təmsil edir. Prezident Zelenski anlayır ki, İranın 4 min km-lik hədəfləri vura bilən raketlərindən qorxuya düşənlər əldə edilə biləcəklərindən daha çox qazana bilməzlər. İrana qarşı hərbi əməliyyatların ilk günündən ABŞ və İsrailə birmənalı dəstəyini ifadə etməsi, son günlər isə ərəb ölkələrinin müdafiəsinə qoşulması Ukraynanın beynəlxalq münasibətlərdəki rolunu artırır.

Prezident Zelenski Səudiyyə Ərəbistanına qəfil səfərinin ilk saatlarında bir həftədən çoxdur ki, bu ölkənin hava hücumundan müdafiənisinə qoşulmuş ukraynalı hərbçilərlə geniş müzakirələr aparıb. Müzakirələrin əsas mövzusu Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinin əsas aspektləri, xüsusən də PUA-ların məhv edilməsinə yanaşmaları müzakirə ediblər. Müzakirə zamanı Prezident Zelenski bəyan edib ki, bölgədəki hava hücumundan müdafiə mütəxəssislərimizin əsas vəzifəsi problemli məsələləri müəyyən etmək, insanları İran dronlarından və raketlərindən qorunmasını gücləndirmək üçün hansı dəyişikliklərin lazım olduğunu müəyyən etməkdir.
Bu son günlərə kimi Ameriak Birləşmiş Ştatların müstəsna missiyası idi. İranın Körfəz ölkələrinə raket və dron hava hücumu Birləşmiş Ştatların bu missiyanı həyata keçirməkdə çətinlik çəkdiyini üzə çıxardı. Dünyanın hərbi və texnoloji gücü olaraq təsnif edilən Birləşmiş Ştatların həyata keçirməkdə çətinlik çəkdiyi missiyanı Ukraynanın öz üzərinə götürməsi bir möcüzədir. Dörd il öncə bütün bunları heç kim təsəvvür edə bilməzdi. Bu bir Ukrayna möcüzəsidir.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Əliyevlər şah, Paşinyanlar isə dilənçi günündə…

redaktor

“Avdeyevka ətrafında ağır döyüşlər gedir, USQ itirilmiş mövqelərini bərpa edir” – ISW

admin

“Bəs o, daha 10 il yaşasa?” Zelenski Putin və təhlükəsizlik zəmanətləri barədə

redaktor