Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinə start verilib.
A, B, C və D yolları üzrə ümumilikdə 8 oyun keçirilib.
Türkiyə millisi İstanbulda Rumıniya yığmasını qəbul edib. Oyun Türkiyənin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Türkiyə pley-off mərhələsinin finalına adlayıb. Komanda həlledici mərhələdə Slovakiya – Kosovo cütünün qalibi ilə qarşılaşacaq.
Həmçinin Danimarka, İtaliya, Kosovo, İsveç, Polşa, Çexiya və Bosniya və Herseqovina yığmaları da finala yüksəlib.
Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları bir oyundan ibarətdir. Final görüşləri martın 31-də keçiriləcək.