“Qarabağ”ın qapıçısı Mateuş Koxalski karyerasını İngiltərədə davam etdirmək arzusunu açıqlayıb.
25 yaşlı qolkiper ölkəsinin sport.pl portalına müsahibəsində bildirib ki, İngiltərə Premyer Liqasında oynamaq onun əsas hədəflərindən biridir:
“Premyer Liqa klubuna transfer olmağı xəyal edirəm. Liverpulda keçirdiyim anlar mənim üçün xüsusi idi. Bu gün ‘You’ll never walk alone’ eşidəndə həmin oyunda buraxdığımız altı qolu xatırlayıram”.
O etiraf edib ki, ABŞ-dan MLS liqasından aldığı təklifi qəbul etməyib. “ABŞ-dan sorğular var idi, amma MLS-ə transfer təklifini rədd etdim”.
Koxalski deyib ki, arzuzu İngiltərə Premyer Liqasıdır, amma ehtiyat qapıçı olacağı komandaya getməyəcək: “Daim oynamaq və bir nömrə olmaq istəyirəm. Məni yalnız bu maraqlandırır”.
Koxalskinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Polşa mətbuatının məlumatına görə, 2026-cı ilin iyulun 1-dən qüvvəyə minəcək müqavilə bəndi qapıçının başqa kluba transferini asanlaşdıra bilər. Bu müddəa bir ay ərzində aktiv olacaq və futbolçunun cəmi 2,5 milyon avro qarşılığında klubunu dəyişməsinə imkan verəcək. (Qol.az)
