10 C
Bakı
27 Mart 2026 14:43
CəmiyyətDünyaSiyasət

İrana qarşı müharibə bəzi ölkələrdə MRT cihazlarının çatışmazlığına səbəb ola bilər

Yaxın Şərqdə artan gərginlik dünya helium tədarükünün təxminən üçdə birini pozub və bu, MRT aparatlarının işinə təsir göstərə bilər.

Hörmüz boğazının faktiki bağlanması və Qətərin qaz infrastrukturuna endirilən zərbələr heliumun qiymətinin artmasına səbəb olub.

Qətər dünya helium tələbatının təxminən 30%-ni qarşılayır, lakin mövcud vəziyyət fonunda istehsal 14% azaldılıb.

Helium MRT cihazlarında istifadə olunduğundan, tədarükdə yaranan fasilələr, xüsusilə, tibb sahəsinə ciddi təsir edir.

Əsas idxalçılar olan Asiya ölkələri – Cənubi Koreya, Yaponiya, Tayvan və Çin – artan tələbat və qiymətlər səbəbi ilə risk altındadır.(Oxu.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Qalileyaya sülh” əməliyyatı və Bəşir Cümayelin qətli

admin

Kremlin “dəmir kukla”sı da dünyanı hədələdi… – “Bütün dünya məhv olacaq” + VİDEO

redaktor

Müxalif siyasətçinin evini əlindən almaq istəyirlər

admin