14 C
Bakı
26 Mart 2026 16:00
DigərGündəmMaraqlıTarix

Tehran Ərəfata “İsrail agenti” adı qoyaraq, onu …….

Yasir Ərəfat və Əli Xameneyi arasındakı bu məşhur kadr sadəcə iki liderin görüşü deyil, iki tamamilə fərqli siyasi dünyagörüşünün toqquşmasıdır.

Bir tərəfdə inqilab dalğası ilə hakimiyyətə gələn, o dövrlər hələ dini elitadan çox siyasi və hərbi ambisiyaları ilə ön plana çıxan, əlindən siqaret düşməyən, tiryək asılığı ilə tanınan Xameneyi, digər tərəfdə isə ömrünü səngərlərdə keçirmiş, 1948-ci ildən bəri İsrailin hər müharibədə necə daha da gücləndiyini öz gözləri ilə görmüş Yasir Ərəfat dayanır.

Ərəfat reallığı dərk edən bir lider idi. O anlayırdı ki, İsraili meydanda hərbi yolla tamamilə məhv etmək artıq mümkün deyil, ona görə də millətçi xəttini diplomatik masaya daşımaq qərarına gəlmişdi.

Lakin Tehranda kök salan yeni molla rejimi üçün Fələstin məsələsi xalqın suverenliyindən çox, ideoloji bir rıçaq idi. Onlar “İsrailin tamamilə yox edilməsi” şüarı altında danışıqları rədd edir, pərdəarxasında partizan savaşı aparacaq qrupları silahlandırmağı planlayırdılar.

İki tərəf arasındakı əsl qırılma nöqtəsi isə 1980-ci ildə başlayan İran-İraq müharibəsi oldu. Ərəfat yeni molla rejimini İslam dünyası üçün bir təhlükə kimi gördüyündən Səddam Hüseyni dəstəklədi ki, bu da Tehranın ona “xain” damğası vurması üçün kifayət etdi.

Dünyanın diqqəti müharibəyə qarışdığı bir vaxtda Ərəfat ən böyük strateji gedişini etdi. 1993-cü ildə imzalanan ilk Oslo sazişi ilə o, Fələsin mübarizəsini terrorçuluq müstəvisindən çıxarıb rəsmi statusa qovuşdurdu.

Ağ Evin həyətində tamamlanan bu proseslə Qəzza zolağı və İordan çayının qərb sahilində ilk özünüidarə hüququ əldə edildi, Fələstin Milli Administrasiyası yaradıldı. Ərəfatın planı sadə və məntiqi idi: əvvəlcə kiçik bir torpaq parçasında nazirliklər, polis və dövlət institutlarını qurmaq, sonra isə bu suverenliyi addım-addım bütün Fələstinə yaymaq.

Lakin İran bu diplomatik yolu Fələstin xalqına xəyanət kimi qələmə verdi. Tehran Ərəfata “İsrail agenti” adı qoyaraq, onun daxildəki müxaliflərinə, xüsusən də radikal qruplaşmalara açıq dəstək verməyə başladı.

Bu gərginliklərin sonu faciə ilə bitdi: 2004-cü ildə Yasir Ərəfat Fransada zəhərlənərək öldürüldü. Onun ölümündən cəmi iki il sonra İranın silahlandırdığı, fələstinli olmayıb Misirdə formalaşan radikal Həmas Qəzzada gücləndi və 2007-ci ildə qanlı küçə döyüşləri ilə Ərəfatın tərəfdarlarını qıraraq ordan tamamilə sıxışdırıb çıxardılar.

Həmasın bütün əvvəlki sazişləri rədd etməsi ilə Fələstinin parçalanması rəsmiləşdi. Nəticədə İsrail və Misirin tətbiq etdiyi ağır blokada ilə Qəzza fələstinlilərin bu günə qədər davam edən qara günləri başladı.

İrana bağlı Hizbullah və Həmasdan qorunmağı bəhanə gətirən İsrail günü gündən dünya dəstəyi ilə silahlanaraq bugünkü gücünü qazandı.

 

Orxan Atabəy

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Terror aktından dərhal sonra Türkiyədə sosial media platformaları MƏHDUDLAŞDIRILDI.

admin

Balaları üçün toyuq oğurlayan pişik gündəm oldu – VİDEO

redaktor

Nazir Azərbaycanda siyasi həbslərin olması ilə bağlı fikirləri cavabsız qoydu

redaktor