10 C
Bakı
26 Mart 2026 02:49
CəmiyyətQalmaqal

Qalmaqllarda adı hallanan prokuror prokurorluq sistemindən kənarlaşdırılıb

Adı müxtəlif qalmaqallarda hallanan prokuror Heydər Yusifzadə vəzifəsindən azad edilib.

Bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Sonuncu dəfə Xocalı Rayon Prokurorluğuna təyinat alan Yusifzadə əmrə əsasən, prokurorluq orqanlarından xaric edilib.

H.Yusifzadə daha əvvəl Bakı Şəhər Prokurorluğunda və Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində prokuror, Xətai Rayon Məhkəməsində dövlət ittihamçısı kimi çalışıb.O, bundan əvvəl də nöqsanlara görə Bakıdan Xocalıya göndərilmişdi. Lüks həyat tərzi ilə də gündəmə gələn H.Yusifzadə mərhum prokuror Vəli Yusifovun oğludur.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

 

Oxşar xəbərlər

Həbsdəki jurnalistlər nazir Mikayıl Cabbarovla Vergi Xidməti rəisinin məhkəməyə çağrılıb dindirilməsini tələb edirlər

admin

Azərbaycanda dərs zamanı DƏHŞƏT – Tavan şagirdlərin üstünə düşdü -VİDEO

redaktor

Azərbaycan diversiya qrupu erməniləri necə aldadıb? – Arutunyanın ittiham işi

admin