DünyaSiyasət

Fridrix Mers: “Ukrayna artıq özü özünü silahlandıracaq gücdədir”

Almaniya kansleri Fridrix Merz Bundestaqda bildirib ki, Ukraynanın artıq TAURUS raketlərə ehtiyacı yoxdur. Çünki, Ukrayna bu sahə üzrə artıq texnoloji irəliləyiş əldə edib. Ukraynanın arsenalında bizim də qismən köməyimizlə öz ölkədaxili istehsallı uzaqmənzilli raketləri var.

“Bu gün Ukrayna əvvəlkindən daha xeyli yaxşı silahlanıb. Bəzi maliyyə çətinliyi var həll olar”

Macarıstanın Ukrayna üçün 90 milyard avroluq AB kreditini bloklaması ilə bağlı cavabda Metz:

“Ümid edirəm, bu problemi orta müddətdə həll edəcəyik. Seçki sonrası Orbanın Macarıstanda hakimiyyətdə qalsa Ukraynaya maliyyə yardımı üçün alternativ ssenarilər taparıq.

İndi düşünək. Əgər Ukrayna artıq, uzaqmənzilli qanadlı dəqiq vuran raketlər, ən müasir tipli və çoxsaylı dronlar istehsal edirsə, hələ xaricə də satmağa başlayıbsa bu artıq, onin çox inkişaflı hərbi-sənaye dövlətinə çevrilməsi deməkdir bu. Artıq, öz raketləri ilə Rusiya dərinliklərini vuran

İkincisi isə, dünyanın ikinci ordusu ilə çox ağır müharibə, bombardman altında Ukrayna bu cür silahlar istehsalı səviyyədə quruldusa, bu artıq Ukrayna xalqının möcüzəli qəhrəmanlığıdır. Bu gedişlə Ukrayna ordusu Avropada həm silahları və həm də döyüş təcrübəsi üzrə öncüllərdəndir.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Dünən Tramp və Putin arasında telefon danışığı zamanı nələr baş verirdi?

admin

Japarov pornoqrafiyanı qadağan etdi

redaktor

İsrailin dağılması reallığa çevrilib – Bagiri

redaktor