2026-cı ilin əvvəlinə Azərbaycanda ümumilikdə 3481 baş donuz qeydə alınıb. Eyni göstərici ötən il 3103 olub.
Donuzlar ən çox Qax rayonunda saxlanılır, ölkənin təxminən 50-yə yaxın rayonunda isə ümumiyyətlə donuz qeydə alınmayıb.
Ən çox donuz saxlanılan rayonlar:
Ölkə üzrə donuzların əsas hissəsi Şəki–Zaqatala iqtisadi rayonunun üzərinə düşür. Belə ki, bu bölgədə ümumilikdə 2015 baş donuz qeydə alınıb:
Qax rayonu – 1277 baş
Qəbələ rayonu – 683 baş
Oğuz rayonu – 55 baş
Balakən, Şəki və Zaqatala rayonlarında isə donuz yoxdur.
Bakı və Naxçıvan:
Bakı şəhərində 617 baş donuz var. Donuzların hamısı Sabunçu rayonunun payına düşür. Digər rayonlarda donuz qeydə alınmayıb.
Naxçıvan Muxtar Respublikasında isə ötən il olduğu kimi 2026-cı ilin əvvəlinə donuz qeydə alınmayıb.
Abşeron–Xızı iqtisadi rayonu:
Bu iqtisadi rayonda ümumilikdə 15 baş donuz mövcuddur və onların hamısı Xızı rayonunda saxlanılır. Qeyd edək ki, ötən il Xızıda 18 donuz qeydə alınmışdı.
Sumqayıt şəhəri və Abşeron rayonu üzrə isə donuz yoxdur.
Dağlıq Şirvan iqtisadi rayonu:
Bu bölgədə 205 baş donuz var və onların hamısı İsmayıllı rayonunun payına düşür.
Ağsu, Qobustan və Şamaxı rayonlarında donuz qeydə alınmayıb.
Gəncə–Daşkəsən iqtisadi rayonu:
Bu iqtisadi rayonda ümumilikdə 345 baş donuz mövcuddur:
Daşkəsən rayonu – 100 baş
Goranboy rayonu – 45 baş
Göygöl rayonu – 200 baş
Gəncə və Naftalan şəhərlərində, eləcə də Samux rayonunda donuz yoxdur.
Qarabağ iqtisadi rayonu:
Bu bölgədə ümumilikdə 25 baş donuz qeydə alınıb. Onların 10-u Ağdərə, 15-i isə Tərtərdə saxlanılır. 2025-ci ildə Qarabağda heç bir donuz qeydə alınmayıb.
Qazax–Tovuz iqtisadi rayonu:
Bu iqtisadi rayonda 88 baş donuz var və onların hamısı Gədəbəy rayonunun payına düşür. Qeyd edək ki, ötən il bu iqtisadi rayonda ümumilikdə 74 donuz olub.
Quba–Xaçmaz iqtisadi rayonu:
Bu bölgədə ümumilikdə 69 baş donuz mövcuddur:
Quba rayonu – 30 baş
Qusar rayonu – 15 baş
Siyəzən rayonu – 17 baş
Şabran rayonu – 7 baş
Xaçmaz rayonunda donuz yoxdur.
Mil–Muğan iqtisadi rayonu:
Bu iqtisadi rayonda cəmi 2 baş donuz qeydə alınıb və onların hamısı Sabirabad rayonunda saxlanılır.
Şərqi Zəngəzur iqtisadi rayonu:
Bu iqtisadi rayonda 100 baş donuz var və onların hamısı Kəlbəcər rayonunun payına düşür.
Donuzçuluğun olmadığı bölgələr
Lənkəran-Astara, həmçinin Mərkəzi Aran iqtisadi rayonlarına daxil olan ümumilikdə, 13 rayonun heç birində donuz qeydə alınmayıb. (Modern.az)
