11 C
Bakı
25 Mart 2026 18:48
QalmaqalSiyasət

“Mən hakimiyyətə gəlsəm Azərbaycanla müharibəyə başlamayacam”

Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanın parlament seçkilərində müxalifətin qalib gələcəyi təqdirdə sentyabr ayında Azərbaycanla yeni müharibə riski ilə bağlı səsləndirdiyi fikrə sərt reaksiya verib.

Sarkisyan jurnalistlərə açıqlamasında Paşinyanın iddialarının əsassız olduğunu bildirib. Yəni Sarkisyan demək istəyib ki, o hakimiyyətə gələrsə Azərbaycanla müharibəyə başlamayacaq. 1998-ci ildə beynəlxalq təşkilatların xətti ilə İrəvanda olarkən o zaman daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sarkisyanla görüşdə onun işğal altındakı ərazilərin azad olunması məqsədilə vasitəçilərin hazırladıqları “mərhələli həll planına” münasibətini öyrənmişdim. Bu gün Azərbaycanla müharibə ehtimalını inkar edən Sarkisyan 28 il əvvəl keçmiş Dağlıq Qarabağa ətraf əraziləri boşaltmayacaqlarını qətiyyətlə söyləmişdi.

O Prezident olduğu illərdə bu “siyasətinə” sadiq qaldı, hətta Belarus Prezidenti Aleksandr Lukaşenkonun Kollektiv Təhükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən sammitində “Serj, boş olan 5 rayonu Azərbaycana qaytar” təklifinə “əgər mən həmin rayonları qaytarsam, Azərbaycan yolları kəsəcək və Qarabağı “işğal” edəcək” demişdi.

Sarkisyanı baş nazir kreslosunda əvəz edən Paşinyan da eyni yolla getmək istədi. Müharibə reallıqları dəyişdi. Hazırda Paşinyan ağıllansa da, Sarkisyanın və keçmiş dostu Robert Köçəryanın ağıllandığını söyləmək çətindir. Bu ikili Qarabağ barədə açıqlama verməkdən çəkinsələr də, Azərbaycanla sülh quruculuğunu necə davam etdirəcəklərini bilmirlər.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Rusiya tələbələri müharibəyə cəlb edir…

redaktor

“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb” – Paşinyan

redaktor

Rusiya çöküşün astanasındadır

redaktor