12 C
Bakı
25 Mart 2026 12:46
HadisəİdmanKriminal

İsveçdə futbolçu güllələnərək öldürüldü

İsveçin Örebro şəhərində baş verən atışma nəticəsində “Forvard” klubunun 20 yaşlı qapıçısı Huqo Mosshagen həlak olub.

Bu haqda “Aftonbladet” məlumat yayıb.

Hadisə 21 mart axşamı şəhərin qərb hissəsindəki dayanacaqda yaşanıb. Polisə yerli vaxtla saat 23:26-da zəng daxil olub və hadisə yerində yaralı kişi olduğu bildirilib. Daha sonra Huqo Mosshagen dünyasını dəyişib.

İsveç polisi hələlik cinayətkarı tapmayıb və hadisənin araşdırıldığını bildirib.

Hücum zamanı Mosshagen ən azı bir tanışı ilə birlikdə idi. O, İsveçin dördüncü divizionunda yer alan “Forvard” klubunun əsas komandasında oynayıb. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

 

Oxşar xəbərlər

“Beşiktaş” və “Fənərbağça”nın sabiq baş məşqçsi vəfat edib

redaktor

Parisdə şok anlar: zooparkı açdılar, heyvanlar şəhərə buraxıldı – VİDEO

redaktor

Cənubi Koreya yenə qarışdı – Polis Prezident Ofisinə basqın etdi

admin