10 C
Bakı
25 Mart 2026 10:45
HadisəİdmanKriminal

İsveçdə futbolçu güllələnərək öldürüldü

İsveçin Örebro şəhərində baş verən atışma nəticəsində “Forvard” klubunun 20 yaşlı qapıçısı Huqo Mosshagen həlak olub.

Bu haqda “Aftonbladet” məlumat yayıb.

Hadisə 21 mart axşamı şəhərin qərb hissəsindəki dayanacaqda yaşanıb. Polisə yerli vaxtla saat 23:26-da zəng daxil olub və hadisə yerində yaralı kişi olduğu bildirilib. Daha sonra Huqo Mosshagen dünyasını dəyişib.

İsveç polisi hələlik cinayətkarı tapmayıb və hadisənin araşdırıldığını bildirib.

Hücum zamanı Mosshagen ən azı bir tanışı ilə birlikdə idi. O, İsveçin dördüncü divizionunda yer alan “Forvard” klubunun əsas komandasında oynayıb. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

 

Oxşar xəbərlər

Fatih Terimdən dünya futbolunu şoka salacaq TƏKLİF

redaktor

Türkiyədə zəlzələdə ölənlərin sayı 12 mini keçdi

redaktor

Türkiyədə HƏYƏCANLI ANLAR: sərnişinlərlə dolu dəyyarənin şassisi qırıldı

redaktor