İranın dünyada ən mühüm dəstəkçilərindən biri də Livandır. Bir vaxtlar bu ölkədə xristianlardan tutmuş sünnilərə qədər hər kəs İranı dəstəkləyirdi. Dünən isə Livan hökuməti İran səfirini ölkədən “qovub”. Yəni “persona non grata” elan edib: Səbəbini isə Livanın Baş naziri Nəvaf Salam belə əsaslandırıb:
“İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) faktiki olaraq Livan ərazisindəki əməliyyatlara rəhbərlik edir və Livan hökumətinin razılığı olmadan ölkəni dağıdıcı müharibəyə sürükləməyə çalışır”.
Bu da mollakratiya rejiminin ən sevimli proksisinə münasibəti. Tehran rəsmən “cəhənnəmə gedən özünə yoldaş axtarar” məntiqi ilə hərəkət edir.
Heydər Oğuz
Tacxeber.com
Bizimlə əlaqə: [email protected]
