10 C
Bakı
25 Mart 2026 21:30
DünyaGündəmSiyasət

24 mart Tramp üçün “qara gün”

Seçkilərə dair “gəlib, səni məhəlləndə udaram” ifadəsini eşitmisinizmi?

24 martda Florida ştatının yerli Senatında 1 yer və yerli Nümayəndələr Palatasında 1 yer üzrə seçkilər keçirilmişdi.

Baxmayaraq ki, hər 2 dairə respublikaçıların nəzarətində idi, bu səfər demokratlar qələbə qazandılar və bu qələbələr olduqca vacib və simvolik oldu.

Florida ştatının yerli Nümayəndələr Palatasının 27-ci dairə(Palm-Biç) üzrə gənc və siyasi təcrübəsi olmayan, əvvəllər səhiyyə sahəsində çalışan demokrat namizəd xanım Emili Qreqori respublikaçı rəqibi Con Mepls üzərində qələbə qazandı. Bu qələbə olduqca simvolikdir, ona görə ki, Trampın Mar-a-Laqo rezidensiyası məhz bu dairəyə baxır. Bunu da qeyd edək ki, Tramp açıq şəkildə Con Meplsı dəstəkləyirdi.

İndi elə çıxır ki, ABŞ-da on milyonlarla respublikaçının qeyd-şərtsiz liderinin ştatdaki təmsilçisi demokrat olacaq. “Gəlib, səni məhəlləndə udaram” buna deyilir.

Eyni gündə Florida ştatının yerli Senatına da seçkilər keçirilmişdi(1 senator vitse-qubernator vəzifəsinə təyin olduğuna görə yer boşalmışdı). Burada da demokratların namizədi, ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı Brayan Natan qələbə qazandı.

Son 15 ay ərzində demokratlar 20-dən çox yerli seçkidə respublikaçıların “kreslosunu oğurlaya”(buna ABŞ-da “flip” deyilir) bildilər, respublikaçılar isə 1 yerdə olsa da “flip” edə bilmədilər, amma son seçkilərin rəmzi önəmi ondadır ki, respublikaçılar artıq öz rezidensiyası, mərkəzi, igamətgahı sayılan Florida ştatında da uduzurlar.

Bütün bunlar onu göstərir ki, 9 aydan sonra Konqresə keçiriləcək ara seçkilər Tramp üçün çox ağır siyasi nəticələrlə yekunlaşa bilər.

 

Kamran Cəfərov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Müzakirə etdik və fikrimi onlara çatdırdım” – Qurban Qurbanovdan “Ximki” açıqlaması

admin

Kiyevdə “şam işığında” konsert verildi – VİDEO

redaktor

Muzey kimi fəaliyyət göstərəcək “Şuşa” həbsxanasında işlər aparılır

redaktor