DünyaSiyasət

Milli kimlik və dövlətçilik mübarizəsi

Ərəb əlifbasını bilən bir gömrük məmuru danışır ki, İrandan Azərbaycana gələn yüklərin CMR-lərində mal alan tərəfin ünvanının “ölkə Rusiya, Respublika Bakı” yazıldığına dəfələrlə rast gəlib. CMR (Convention Marchandise Routier) beynəlxalq avtomobil nəqliyyatı ilə yükdaşımalar zamanı istifadə olunan, daşıyıcının məsuliyyətini və tərəflərin öhdəliklərini tənzimləyən beynəlxalq konvensiya və bu müqaviləni təsdiq edən sənəddir.

İran rəsmilərinin və mediasının da Azərbaycan Respublikasını “Bakı Respublikası”adlandırmasına da dəfələrlə rast gəlmişik. Bu Azərbaycanın müstəqil dövlətçilik kimliyini inkarına yönəlmiş, kökləri ötən əsrə-Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixə qədər gedən İranın dövlət siyasətidir. İranda hansı rejimin mövcud olmasından asılı olmayaraq Tehran heç bir vaxt müstəqil Azərbaycan Respublikasının varlığı ilə barışmayıb. Əgər, hansısa bir möcüzə sayəsində İran mövcudluğunu saxlasa müstəqil Azərbaycana münasibəti dəyişməyəcək.

İranda milli kimlikləri inkar edən Tehran rejiminin son zamanlar etnik kimliklərin qabardılmasına münasibətini dəyişməsi də təsadüfi deyil. Aydın görünür ki, Tehran rejiminin məqsədi soydaşlarımızın etnik kimliyinin ifadəsini Azərbaycan dövlət kimliyinə qarşı qoymaqdır. Siyasi kimliyi iranlı olan Azərbaycan türkləri İran üçün heç bir təhlükə törətmir. Əksinə, bu proses İranda kimin daha titullu xalq olması ilə bağlı Azərbaycan türkləri ilə farslar arasında bir neçə əsrlik mübarizəni qəzəşdıraraq yeni mərhələyə keçirir. Bu mərhələdə isə özünün daha titullu olduğunu sübut etmək üçün İran uğrunda daha çox qurban vermək lazım gəlir ki, hazırda bunu müşahidə edirik.

Professor Vəsilə Hacıyeva nın Güney Azərbaycanın gələcəyi ilə bağlı fundamental problem kimi gördüyü məsələlərlə bağlı statusunun da bu müzakirələrin doğru istiqamətə getməsinə yardım edəcəyinə ümid edir, hörmətli Vəsilə xanıma təşəkkür edirəm.

Ümid edirəm ki, siyasi kimlik məsələsi və mədəni kodla bağlı doğru istiqamət müəyyən edə biləcəyik. Təxminən 30-40 il sonra Cənubi Koreya kimi inkişaf etmiş bir dövlətimizin olmasını istəyiriksə, siyasi kimlik və mədəni kodla bağlı məsələləri doğru həll etməliyik.

 

Xəqani Cəfərli
Tacxeber.com

Oxşar xəbərlər

Urmiya gölü yaxınlığında 9 min illik kurqan tapılıb – FOTO

admin

Krivuşenko: Dövlət və cəmiyyət hələ də təhlükəni tam dərk etmir

redaktor

Xankəndi Şəhər Polis Şöbəsi yaradıldı – Foto

redaktor