ABŞ prezidenti Donald Tramp onu İranla müharibəyə kimin həvəsləndirdiyini açıqlayıb.
Tacxeber.comxəbər verir ki, Tramp bununla bağlı açıqlamasında deyib ki, İranla müharibənin təşəbbüskarı və ilhamverici qüvvəsi ABŞ-nin müharibə naziri Pit Heqset olub.
“Pit Heqset bunun lehinə ilk çıxış edən şəxs olub. O, “Gəlin bunu edək” dedi və biz bunu etdik”, – Tramp deyib.
O əlavə edib ki, baş verənlərə baxmayaraq, İranın Amerikaya və müttəfiqlərinə qarşı təhdidlərinə son qoymaq üçün yeni bir fürsəti var.
“Ümid edirik ki, onlar bu fürsətdən maksimum yararlanacaqlar”, – Tramp bildirib. (SAVASHMEDİA.az )
